Anaların ən yaxşı bildiyi 20 şey

Analar əvəzolunmazdıDostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız “usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: “Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl fəlakətdir.

Analar “axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. “Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub “5 dəqiqə də yatım, duracam”, — deyib yenidən yatacaqsınız. Bircə ananıza “Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala  bilirlər.


Ardı →

Hamiləliyini yarıda kəsmək istəyən ananın hekayəsi

       Bir qadın narahat olmuş halda ginekoloqun yanına gəlib deyir:
— Həkim, mənim ciddi bir problemim var, ümidsiz vəziyyətdəyəm və mənə sizin yardımınız lazımdır! Uşağımın hələ bir yaşı yoxdur, amma mən yenə də hamiləyəm! İstəmirəm ki, uşaqlarım demək olar ki, eyni yaşda olsun. 
Həkim soruşdu: «Yaxşı, indi siz mənə nə təklif edirsiz?»
Ardı →

Ana | Mikayıl Müşfiq

Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir.Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək:
— Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, — dedi, — ac adam bunun ikisini güclə yeyər. 
Dostlar gülüşdülər. Rəsulun anası isə dedi:
— Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin. 
Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı:
— Görəsən, anam sağ olsaydı...
Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı:
Ardı →

O səni sevən kimi

Anan səndən ötrü nələr eləmir ki, nələrə dözmür ki… Oda-közə vurur özünü, ağrılarını-acılarını ürəyində, qayğılarını çiynində daşıyır. Səni gülərüz, xoş əhvali-ruhiyyədə görəndə dünyanı bağışlayırlar ona, sanki. Narahatlığını simandan, gözlərindən oxuyur, qəlbinə yol tapmağa çalışır, başını köksünə sıxıb tellərini oxşayır: “Nə olub sənə, niyə narahatsan, ömrüm-günüm?” Sənsə bu nəvazişdən kövrəlir, bir az da ərköyünləşirsən. “Kaş ki bir dərdi olmayaydı” deyərək nigarançılığın qoynuna qısılıb səbirsizliklə cavabını gözləyir. Nə olar, çalış, hər gileyi, gördüyün hər hadisəni ona bildirmə. İncitmə ana qəlbini, hər xırda şeyi dilinə gətirmə, hər şeydən ötrü qəlbinə od salma. Axı bu dünya fanidir. Qədrini bil ananın, qoru onu, qorx onu itirməkdən. Ana zirvədir, əvəzsiz, sənə, mənə gərəkli zirvə...

Söhbət düşəndə deyirsən: “Borcunu qaytara biləydim, ana!” Mümkündürmü bu? — Əsla! Ona qarşı sayğılı, xoşrəftar davran, onsuz da çıxa bilməzsən o borcdan. Sev ananı, sev, o səni sevən kimi...


Davamı →

O da sənin anandır

İllər uzunu bir-birinizin həsrəti ilə yaşadınız, sevgi məktubları, mesajlar yazdınız… qayınana gəlinQovuşacağınız günü gözləyə-gözləyə bir gün bu ayrılığa sən də “əlvida” dedin, gəlin köçdün sevdiyinin evinə. İndi bir özünsən, həyat yoldaşındır, bir də qayınanan. O səni öz balasıtək əzizləyir, heç övladından ayırmır. Şübhəsiz, bu nəvazişin qarşılığını sən də xoş rəftarınla ödəməliydin. Lakin...

Hərdən rəfiqələrin yanına gəlir, söhbət söhbəti çəkir. Qayınanandan söz düşəndə indi ağzını büzürsən: “bütün günü əsəbimlə oynayır: onu elə eləmə, bunu belə eləmə...” deyə söylənirsən. Halbuki, qapınıza gəlib razılığını aldığı gün sevincdən ağlamışdı qayınanan. Səni evinə gətirəndə oğlundan az sevinmirdi. Elə indi də: “qızım” deyə çağırır səni. Amma sənsə, ayağını bir başmağa dirəyib ağbirçək vaxtında ixtiyar qocanı övladından, nəvəsindən ayırmağa can atırsan. Bir gün sən də qocalacaqsan, bir gün sən də oğul evləndirib qayınana olacaqsan. Fikirləş, yaxşı-yaxşı götür-qoy et, sabahını düşün: sevdiyin insanın anasını anan kimi qəbul et. 


Davamı →

Tarazlıq pozulanda

ailəBəzi ata-analar övladları ilə olan münasibətlərinin “ideal” olduğunu düşünürlər. Bəlkə də bunu həmin valideynlərə görə normal saymaq olar. Bəs uşağa görə necə, normal saymaq olarmı? Təbii ki, bu məsələni bir qədər ciddi-ciddi, dərindən düşünmək lazımdır.

Uşaq üçün əsas məsələ atanı “ata” kimi, ananı isə “ana” kimi görməkdir. Təbii ailə modelində ana “şəfqəti”, ata isə “nüfuzu” təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailədə, necə deyərlər, tarazlığın pozulmasına səbəb olur.
Ata ailədə “nüfuzu” təmsil etsə də, bu “nüfuz” məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu “nüfuz” ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən “nüfuz” ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu “nüfuz” zorakılıq kimi də qəbul edilməməlidir.
Ana isə ailə daxilində “şəfqətin” təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə (ya da maneələrə) səbəb olur. Beləliklə, ana “şəfqət”ə deyil, “nüfuz” roluna üstünlük verir. Nəticə etibarilə bu proses zaman keçdikcə ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də istər ata, istərsə də ana, nə olursa olsun öz rolundan kənara çıxmamalıdır. Çünki uşaqların ata kimi atalara, ana kimi analara ehtiyacları var.


Davamı →

Ana və ataya göstərilən mərhəmət

Ana ataya qarşı yaxşı davranmaq, onlara mərhəmət göstərmək Quranın müxtəlif ayələrində dönə-dönə bildirilmiş əmrdir:
Biz insana, ana və atasına (qarşı) gözəlliyi tövsiyə etdik… (Ənkəbut surəsi, 8)
Biz insana, 'ana və atasına' yaxşılıqla davranmasını tövsiyə etdik… (Əhqaf surəsi, 15)
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra surəsi, 23-24)
Ardı →