Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür, ele hey düşünürdü. Bu yaşa gəlmiş, amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə, yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi.Yoxsa, mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey vermirdi ona, növbəti faydasız saatlar demək idi.İndi ona fərq etmirdi mənasızdı, ya mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul, üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı. Amma qısmət olmadı. O dövrdə olmazın acılarını çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış (ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı məsafə elə də uzaq deyildi.Oğlanları isə, böyük oğlu İqbal, Namiq, Babək və Sadiq — hər biri ailə sahibi idilər. Onu nəticə sahibi də etmişdilər. Amma nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları, nə qızları ona nəyinki baş çəkmir, heç telefonlada əlaqə saxlamırdılar. Onu soruşan onunla maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü günahlandırırdı. Yəqin düzgün tərbiyə edə bilməmiş, valideyn haqqı, övlad haqqını onlara aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?
Ardı →