Antarktidanın təbiəti

Antarktika (yunan “anti” – “əks” deməkdir) – yəni Yer kürəsinin Şimal qütbü ətrafının – Arktikanın əksi mənasındadır. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon km2 olan, üç okeanın suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi mövqeyi ilə əlaqədardır.

Antarktida – cənub materiklərinin əvvəllər daxil olduğu Hondvananın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.


Davamı →

Düyanın ən soyuq nöqtəsi

ABŞ alimlər peyk vasitəsi ilə  düyanın ən soyuq nöqtəsi müəyyənləşdirilib. Antarktida qitəsində 4 min metr yüksəklikdə yerləşən nöqtədə temperaturun mənfi 93.2C dərəcəyə endiyini bildiriblər.

2010-cu ildə peyk vasitəsilə qeydə alınan göstərici dağ ətəklərindəki soyuq hava yarğanlarında müşahidə olunub.

“Bu çox aşağı temperaturları təsəvvür etmək çətindir”, Kolorado ştatında mənzillənən qar və buz məlumatlar bazası üzrə ABŞ Milli Mərkəzindən Ted Scambos bildirib.

Onun sözlərinə görə, şaxtalar Alyaska və Sibirin ən soyuq yerlərindəki temperaturdan 50C dərəcə aşağıdır.


Ardı →