Giyom Apolliner - Şair, tənqidçi, jurnalist...

1880-ci il avqustun 31-də bir naməlum qadın iki nəfər şahidin müşayiətilə Roma polis idarəsinə gəlib, küçədən təzəcə doğulmuş körpə tapdıqları barədə ərizə yazdılar. Qadın bu oğlan uşağını övladlığa götürməyə hazır olduğunu bildirdi. Elə həmin il sentyabr ayının 29-da tapılan körpəni xaç suyuna salıb ad verdilər — Culyemo Alberto Dulçini. Noyabrın 2-də oğlanın doğma anası, Polşanın yoxsullaşmış zadəgan nəslindən olan Angelika Kostrovitskaya peyda oldu. O, övladının qaytarılmasını tələb etdi. Bu zamana qədər qadının harada olduğu, körpənin nə üçün özgə qapısına atıldığı naməlum qaldı. Ananın yazdığı ərizəyə əsasən, uşaq 25 avqust 1880-ci ildə doğulmuşdur. Bu tarix Fransanın böyük şairi, müasir Avropa poeziyasının banisi, görkəmli incəsənət nəzəriyyəçisi Giyom Apolliner təxəllüsü ilə məşhurlaşan Vilhelm-Albert-Vladimir-Aleksandr-Apolliner-Kostrovskinin doğum günü kimi qeyd edilir.

Davamı →