Muğam - kütləvi yuxu dərmanı

  • Musiqi
 Ancaq yadelli müsəlman təfəkkürümüz araq məsələsində də bizi qonaq-qara yanında üzüqara edib. Belə ki, ölkənin araq sənayesi müştərilərini əldən buraxmamaq üçün çox milli  bir yol seçib. İstehlakçıda alkoqoldan asılılıq yaratmaq üçün araqların tərkibinə psixotrop maddələr qatırlar və bu maddələr «Yeyib-içən oğlan»ın (ifadə meyxanaçılara məxsusdur) sinir sistemini ilk şüşədəcə zədələyərək onda qorxu, əsəb nevrozu yaradır. Milli araqların paxmelliyində nevroz xəstəliyinin əlamətlərini kor yapalaq belə, istəsə görə bilər. Sinirləri iflic olmuş psixopat istifadəçiyə elə gəlir ki, içməsə başına bir iş gələcək, yaxud əsəblərini sakitləşdirmək üçün mütləq yenə içməlidir. Beləliklə, gərgin iş gününün sonunda ucuz, milli — çölü «Xan», içi nökər arağından «əlli» vurub stresdən azad olmaq istəyən yazıq zəhmətkeş, kasıb vətənpərvər psxixi xəstəyə, içki düşkününə çevrilir. Gerisini də özünüz bilirsiniz, ya içib bacanağını bıçaqlayır, ya arvadını boşayır, ya da ağlını itirib seçki qutusunu oğurlayır.

Davamı →

Əlvida, Geoliberalizm!

1948-ci ildə BMT-nin qəbul etdiyi otuz maddədən ibarət Dünya İnsan Haqları Bəyannaməsi — Tomas Morun «Utopiya”sının səsverməyə çıxarılmış və „olmayan ölkə”ni deyil, “olmayacaq dünya”nı kapsayan modern epiqramı; iki nəfərlik cənnətdən fərqli olaraq, milyonların, milyardların yaşaya biləcəyi cənnət doktrini; modern dünyanın „dekaloq”u; müharibədən qalib çıxıb dünyanı yenidən bölüşdürmək üçün masaya oturan güclərin dünyanın yerdə qalanı üçün danışacağı “Min bir gecə” nağıllarının ecazkar müqəddiməsi.

Davamı →

Aqşin Yenisey | İngiltərə olmaq istərkən, Əfqanıstan olmayın

Mən siyasətçi deyiləm, hər hansı siyasi, ideoloji mühitin yetişdirdiyi yazı-pozu adamı da deyiləm ki, boynuma cəmiyyətin, xalqın xoşuna gəlmək kimi bir öhdəlik qoyulsun. İddiam tanınmaq deyil, oxunmaqdı. Başdan-ayağa siyasiləşmiş cəmiyyətimizin də gözləntilərinə hörmətlə yanaşıram, çünki sinifləşmə prosesi bu qədər barbarcasına və bu qədər sürətlə getməməliydi. Milyonerləşmə yetimləşmədən alınan qisas kimi görüntülənməməli idi. İnsanların inanclı olub-olmadıqlarına, siyasi mövqeyinə görə dəyərləndirilməsinin nə qədər bərbad bir düşüncə olduğuna əmin olsam da, onu da qəbul edirəm ki, bu gün cəmiyyətə mübariz insanlar lazımdır, amma hər sahədə.

Davamı →

İntellektual yadlıq və ya müəllifin özünü isbatı teoremi

Sənət və insan münasibətlərinin tarixi təkamülündə yaradıcı tərəf hansıdır? Öncə insanmı yarandı, yoxsa incəsənət? Hansı birinci göründü və ya görünən nə idi? Əlbəttə, bu üç sualın məcrası bizi böyük sularda üzməyə vadar edəcək. Müəlliflərin müşahidədən sonrakı təxəyyüldə emal prosesinin şəkil dəyişməsi sənətin (hələki ümumi mənada) təsnifləndirilməsinə, onun zövq hadisəsinə çevrilməsinə şərait yaradan ilk hərəkətlənmə idi. Mədəniyyətlərin formalaşması dövründə və tarixin özünə etdiyi ən böyük jestdən – kitab çapının ixtirasından sonra çox çeşidli sənət nümunələrinin müqayisə edilməsi, onların təhlili və tənqidi rəhbər vəzifəyə çevrildi.

Davamı →

Məktub | Aqşin Yenisey

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar
 
Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...
pinti olur
Yalqızların yatağı
Davamı →