Arı məhsullarının şəfaverici gücü hamıya məlumdur. Bal, arı mumu, propolis, arı südü kimi məhsullar bizi bir çox xəstəliklərdən qoruyur, sağlamlığımızı möhkəmləndirir. Maraqlıdır ki, hətta öldükdən sonra bu möcüzəli kiçik zəhmətkeşlər insana şəfa gətirməyə davam edir.
Yazda arı pətəkləri qış vaxtı ölən arılardan təmizlənir. Xalq təbabətində bu ölü arılardan müxtəlif xəstəlikləri və pozulmaları müalicə edən çox faydalı dəmləmələr, məlhəmlər və cövhərlər hazırlanır. Ölü arılardan hazırlanmış dəmləmələr damarların elastikliyini artırır, damarları təmizləyir, xolesterolun səviyyəsini və arterial təzyiqi aşağı salır. Bu vasitələr qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, varikozun inkişafından qoruyur.
Davamı →