Niyə qadınların burnu daha kiçikdir?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.
a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.
b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.
Britaniya alimlərinin Edinburq Universitetində aparılan tədqiqatlar insan orqanizminin əsas qocalma səbəbini aşkara çıxarıb. Tədqiqat rəhbəri Endryu Stivenson iddia edir ki, təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı: “İnsanlar gün ərzində işlərini saata görə proqramlaşdırırlar. Hər yerdə təqvimlər var və insan hər günün necə qurtardığını, növbəti günün necə başladığını bilirlər”.
Sadalananların insan psixologiyasına güclü təsir etdiyini və insan həyatını proqramlaşdırdığını deyən Stivenson, təqvimdə hər rəqəm dəyişdikcə insanın təhtəlşüurunda ömründən daha bir gün getdiyi təəssüratının yarandığını qeyd edib. Bu da onun orqanizminə təsir edir. Nəticədə, orqanizm qocalır.
Bu dəfə də ABŞ LOR (qulaq, burun, boğaz) mütəxəssislərinin keçirdiyi ənənəvi toplantıda aparılan yeni bir araşdırma nəzərdən keçirildi. Tədqiqatın əsas isiqamətləri və əldə edilən nəticəyə görə üstü açıq və yüksək sürətə malik avtomobillərin karlığa səbəb olur.
Mütəxəssislər bildirir ki, üstü açıq avtomobillə saatda 80-120 km sürətlə hərəkət edən zaman qulaqlar olduqca gurultulu və müntəzəm bir səsə məruz qalır.
Tədqiqata əsasən üstü açıq bir avtomobil saatda 80-100 km sürətlə gedərkən avtomobildəki insanın məruz qaldığı səsin həcmi 88-90 desibelə çatır ki, bu da karlığa səbəb olan 85 desibel limitindən yuxarıdı.
Mütəxəssislər bu kimi hallarda eşitmənin tədricən zəiflədiyini və bunun bir neçə il sonra tamamən karlığa gətirib çıxardığını bildirirlər.
Amerikalılardan ibarət olan bir qrup 100 yaşlı insanların genetik quruluşunu kəşf etmək üçün təşkil ediləcək 10 milyon dollarlıq X Genomiks mükafatını almaq üçün fəaliyyətə başladı.
Genetika alimi dr. Jonathan Rothberg uzun və sağlam həyatla əlaqəsi olan genləri təyin etmək üçün yarışa qatılır.
DNT sisiləsi tibbi diaqnozlarun təyin edilməsi ilə yanaşı, xəstələrin genetik quruluşuna xas dərmanların yazılmasını da mümkün edə biləcək.
Proyektin fəaliyyətə başlaması üçün yüz yaşı ötmüş yüz adam DNT nümunəsini tədqiqatçılara bağışladı.
Elm adamları çox uzun yaşayan insanları ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərdən qoruyan nadir genetik dəyişikliklərin olduğuna inanırlar.
Lotus bitkisi (ağ su zanbağı) palçıqlı və çirkli mühitlərdə bitir. Buna baxmayaraq, bitkinin yarpaqları həmişə təmiz olur. Çünki bitki üzərinə çox cuzi toz dənəsi belə düşən kimi dərhal yarpaqlarını yelləyir və toz zərrəciklərini müəyyən məsafəyə doğru itələyir.
Yarpağın üzərinə düşən yağış damcıları da bu nöqtələrə doğru yönləndirilir və buradakı tozları yuyub aparır.
Lotus bitkisinin bu xüsusiyyəti bina səthinin dizaynı üçün araşdırmaçılara yeni üfüq açıb. Bundan ilham alan tədqiqatçılar Lotusun yarpağı kimi, yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlayıblar.
«Mən onu bütün qəlbimlə sevirəm», «Filankəs filankəsə bir könüldən, min könülə vurulub» dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma, bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur.
Yayılan məlumata görə, o, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər:
«Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır».
Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb.
Amerikalı astronomların apardıqları tədqiqatlar nəticəsində, 13,7 milyard il əvvəl kainatın yaranmasından sonra meydana gələn qaz buludunu kəşf etdilər.
Amerikanın “Science” jurnalında dərc olunan məqalədə bildirilib ki, bu qazın komponentləri kainatdakı elementlərin əsasını təşkil edən maddələrin yaranmasına səbəb olub. Kainatın yaranma nəzəriyyəsi olan “Böyük partlayış”a (Big Bang) görə, əvvəl hidrogen və helium kimi yüngül elementlər əmələ gəlib. Daha sonra yüz milyonlarla il keçib, qazlar yaranıb, sıxlaşıb və planetlər əmələ gəlməyə başlayıb.
Kaliforniya Universitetinin astronomiya və astrofizika professoru Xavyer Proçaskanın dediyinə görə, dünya tarixində ilk dəfə olaraq hidrogen və helium kimi yüngül elementləri tədqiq etməyə başlayıblar. O: “İlk dəfə kainatın ilk anlarında ulduzlardan gələn ağır elementlərin qarışmadığı qazları araşdırırıq”, – dedi.
Astronomlar bildiriblər ki, həmin qaz buludunda karbon, oksigen və silisiumun olmaması hidrogenin saflığına dəlalət edir.
2011-ci il fizika sahəsi üzrə təqdim olunan Nobel mükafatları müəyyən edilib. Fizika sahəsində Nobel mükafatı üçün amerikalı Sol Perlmuter (Saul Perlmutter), Adam Rays (Adam Reiss) və əslən avstraliyalı olan amerikalı fizik Brayen Şmidt (Brian Schmidt) seçilib. Kainatın sürətlə genişləndiyini sübut edən fəaliyyətləri bu elm adamlarına Nobel mükafatı qazandırıb.
Nobel komitəsinin açıqlamasında alimlərin: “Ulduzların partlayışını və ulduz topalarını tədqiq etdikləri, kainatın artan sürətlə genişləndiyini kəşf etdikləri”, -deyilib. Bu nəzəriyyəyə əsasən, 14 milyard il əvvəl baş vermiş Böyük partlayışdan (Big bang) etibarən kainat genişlənir. Bu şəkildə davam edərsə, kainatın buz kütləsinə çevriləcəyi gözlənilir.
Qeyd edək ki, Allah Qurani-kərimdə 1400 il əvvəl kainatın genişləndiyi bildirmişdir. Alimlərin bu kəşfləri də bir daha Quranın Allahın sözü olduğunu, elmə doğru istiqamət verdiyini təsdiq edir. Kainatın genişlənməsi ilə bağlı ayə belədir:
“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)