500 illik sirr

1996-cı ildə Argentina və Boliviya sərhədində yerli əhali tərəfindən bir neçə sirli uşaq mumiyaları aşkarlanmışdı. O zaman üçün hər kəsi təəccübləndirən bu hadisə son günlərdə yenidən müzakirə mövzusuna çevrilmişdir. Belə ki, tətqiqatçılar  bu yaxınlarda Cənubi Amerikaya xas olmayan bu mumiyaların sirrini aşkarlamışdırlar.  20-ci əsrin sonlarında tapılan bu mumiyalar 13 yaşındakı 'Llullaillaco Maiden' adı verilən qız və  başqa 4-5 yaşlarında bir oğlan və bir qız cəsədlərindən ibarət idi. Bradford Universiteti tərəfindən aparılan  araşdırma  nəticəsində uşaqlarda kokainin ana maddəsi koka (coca) yarpağı və pivə istehsalında istifadə edilən çiça (chicha) bitkisinin izinə rast gəlindi.

Tətqiqatçılar bunu onunla əlaqələndirirlər ki, qədim zamanlarda Amerika qitəsinin yerli əhalisi olan  İnkalar gözəl uşaqları qurban seçərək Llullaillco dağına qurban olaraq təqdim edirdi. Narkotik maddənin təsiri nəticəsində huşunu itirən uşaqlar daha sonra dağın yamacına götürülərək donaraq ölümə tərk edilirdi. 

Araşdırmanın lideri  Dr.Andryu  Vilson uşaqların saçlarından alınan nümunələrdə də yüksək nisbətdə narkotikin izinə rast gəldiklərini açıqladı. Dr. Andryu Vilson həmçinin qeyd edir ki, «Artıq uşaqların təbii yollarla ölmədiklərini bilirik. Uşaqlar qurban edildi. Bu mövzuda tək təsəllimiz uşaqların ölən zaman acı çəkməmələridir ».


Ardı →

Robot, Argentina, Xuliqan I Kəlməbaz

Robot

İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
Kəliməbaz, Robot
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex dilində “ağır iş” mənasındakı “robota” sözündən “robot” kəlməsini uydurur.


Ardı →

Evita Peron

Xalqı üçün yaşayan, cavan yaşında ölən, cəsədi 16 il gizlədilən əfsanəvi Birinci Xanımın film kimi həyatı...
Evita – yəni Eva Peron haqqında çəkilən və baş rolda Madonnanın oynadığı filmi ilk dəfə — illər öncə seyr edərkən göz yaşlarımı tuta bilməmişdim. İllər öncə deyirəm, ancaq nə gizlədim, elə sonralar da, bu gün də o filmə həyəcansız baxa bilmirəm: yaş ötdü, həyəcan ötmədi...

Həmin filmdə Madonnanın səsləndirdiyi və Evitanın Argentina xalqına müraciətlə oxuduğuna inanılan, filmin özündən də məşhur olan “Argentina, mənə ağlama”( Dont Cry for Me Argentina) adlı mahnı isə bu gün də ən sevdiyim mahnılar arasındadır. O, çox gənc yaşlarında, təxminən 30 yaşında dünyasını dəyişsə də, yüzlərlə əsər üçün ilham qaynağı oldu. Bu, dünya tarixində çox nadir insanlara qismət olan bir xoşbəxtlikdir. O, 1976-cı ildə — ölümündən sonra “Evita” adlı müzikllə beynəlxalq populyar kültürə də daxil oldu.


Ardı →