Corcio Armani (Giorgio Armani)

“Minimalistlik və sadəlik” – bu Armani moda evinin əsas fikri, konsepsiyasıdır.


Məşhur modelyer-dizaynerlərdən biri də Corcio Armanidir. 1934-cü ildə iyulun 11-ci günündə Milandan çox kənarda olmayan provinsial bir şəhərcikdə — Pyaçensada anadan olan Armani heç də modelyer olmaq fikrində deyilmiş. Onun həkim olmaq kimi bir istəyi var idi və o bunun üçün də səy göstərirdi, belə ki, o xüsusi ədəbiyyat oxuyur, eləcə də Boloni Universiteti ilə bərabər tibbi məktəbində də təhsil alırdı. Bir çox mənbəələrdə də deyilir ki, guya valideynləri istəyirlərmiş ki, o, həkim olsun. Amma, o bu yolda çox səy göstərsə də, bir vaxtlar buna çox həvəs etsə də, təhsildən 2 il keçdikdən sonra o başa düşür ki, bütün ömrü boyu xəstəliklərlə mübarizə aparmaq, ancaq bu işlə məşğul olmaq onluq deyil.


Ardı →