Artur Şopenhauer: Qadınlar haqqında

“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında 
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”

Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox. 

Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar.
Davamı →

Yalnız tənhalıqda azad olmaq olar | Artur Şopenhauer

Artur ŞopenhauerAğıllı insanlar təklik axtarmaqdan daha çox, axmaq insanların yaratdığı səs-küydən qaçarlar.

Həyat – gənclik-nöqteyi nəzərindən sonsuz gələcək, qocalıq nöqteyi-nəzərindən isə qısa keçmişdir.

Heyvanlara qarşı qəddar olan şəxs, insanlara qarşı heç vaxt mehriban ola bilməz.

Hər birimizin doğuşdan sahib olduğumuz yeganə səhv – mütləq olaraq xoşbəxtlik üçün yaranmışıq ideyasına duyduğumuz əminlikdir.

Özümüzə tez-tez bu cümləni xatırlatmaq yaxşı olardı: “Mən bunu dəyişə bilmirəm, geri qalan bundan özüm üçün fayda götürməkdir”.

Qadınlarsız həyatımız ilk əvvəldə müdafiəsiz, ortada həzzsiz, sonda isə təsəllisiz olardı.
Davamı →

Şopenhauerin böyük sevgisi

  • Sevgi
Avropanın ən məşhur subaylarından olan Artur Şopenhauer zəngin tüccar Henrix Şopenhauerin oğlu olub. Ata yaşadığı şəhərdə emosional, amma dürüst, prinsipial, səmimi adam kimi tanınırdı. Lakin 1793-cü ildə ailə Dansiqdən Hamburqa köçür. Həmin vaxt balaca Arturun 5 yaşı vardı. Gələcəyin filosofu Hamburqda çox qalmır. Atası oğluna gözəl təhsil verməyi arzulayırdı. Elə buna görə də doqquz yaşlı Arturu Fransaya göndərdi.

Artur iki il ailə dostlarının evində yaşadı. 1799-cu ildə Şopenhauer valideynlərinin yanına qayıtdı və zəngin ailə övladları üçün olan özəl məktəbdə oxudu. Həmin vaxtlar Şopenhauer artıq fransızca təmiz danışırdı. Ədəbiyyat və poeziya ilə maraqlanırdı və yaşıdlarından çox şey bilirdi. Məktəbdə bir neçə il təhsildən sonra Artur Avropaya ilk uzun müddətli səyahətə başladı. O, İngiltərə, İsveçrə, Belçikada olur. Fəlsəfə ilə maraqlanır.

1805-ci ildə Artur Şopenhauer vətəninə qayıdır. Atasını əlil arabasında görür. Yüngül fikirli və eqoist anası isə atası ilə maraqlanmırdı.
Davamı →

Dünya iztirabları | Artur Şopenhauer

"Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur" (Artur Şopenhauer)

Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.

Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.

Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.

Bizlər, otluqda qurbanını bir-bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin — kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.

Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
Ardı →

Təhsil | Artur Şopenhauer

Uzun müddət oxuyub öyrəndikdən sonra olanlar haqqında bir qədər məlumatsız şəkildə, bəzən isə yalnış təəssüratlarla gənclik dünyamıza daxil oluruq. Davranışlarımızda bəzən əsəbilik, bəzən isə yersiz əminlik hiss olunur. Bunun da səbəbi ondan ibarətdir ki, beynimiz xeyrini görməyə çalışdığımız, amma çox vaxt doğru istifadə edə bilmədiyimiz ümumi ideyalarla doludur. Bu da əvvəlcə ümumi ideyalara, daha sonra xüsusi müşahidələrə yiyələnmək kimi beynin təbii inkişafına zidd əməllərin nəticəsidir: arabanı atın önünə bağlamaq kimi bir şeydi.

Müəllimlər şagirdlərin şeçim etmə qabiliyyətini inkişaf etdirmək, onlara azad düşünmək və mühakimə yürütmək vərdişlərini öyrətmək əvəzinə, bütün enerjilərini başqalarının söylədiyi hazır ifadələri öyrətməyə sərf edirlər. Ümumi ideyaların yalnış tətbiqi nəticəsində ortaya çıxan yalnış həyati görüşlər yalnız uzun illərin təcrübəsindən sonra düzəldilir və çox nadir hallarda bu fikirlər tamamilə düz olur və elə buna görədir ki, təhsil alan insanların çox az qismi sağlam düşüncəyə malik olur, təhsilsiz insanların isə demək olar ki, əksəriyyətində sağlam düşünmək bacarığı olur.
Ardı →