Atropatena dövləti
Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu.
Davamı →