Avropa fəlsəfəsi

  • Kino
             
               Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində " Daha yaxşı bir dünya xəyal et”  xəttiylə  Azərbaycana  qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa «Hər kəs özü üçün” -  anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır. 
Davamı →

Avropa ittifaqı

Aİ (uyğun olaraq ing. — EU ) on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.


Ardı →

Avropa İttifaqı və Avropa Birliyi

Avropa Birliyi iqtisadi əməkdaşlığın yeni hüquqi forması kimi meydana çıxmışdır. Birlik formal olaraq müstəqil, lakin bir-biri ilə qarşılıqlı əlaqədə olan üç təşkilatın — 1951-ci ildə yaradılmış Avropa Kömür və Polad Birliyi, 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Avropa Birliyi və həmin ildə yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Birliyinin birləşməsindən yaradılmışdır. Avropa İttifaqı özündə həm beynəlxalq təşkilatlara xas olan əlamətləri, həm də federativ dövlətə xas əlamətləri birləşdirir. Bu təşkilatın təsisedici və fəaliyyəti üçün əsas olan sənədlər aşağıdakılardır:
Ardı →

9.4. AB-də vergi harmonizasiyası

Avropa Birliyində vahid vergi sistemi mövcud deyil. AB büdcəsinə daxil olan büdcə ödənişləri (onların arasında ƏDV ayırmalarını, ümumi gömrük tarifini göstərmək olar) vahid vergi siyasəti və vergi sistemi barədə danışmağa imkan vermir. Bununla bərabər, regionda iştirakçı ölkələrin vergi sistemlərinin harmo­ni­zasiya prosesi, bütün inteqrasiya birli­yin­də vergi qoymanın vahid prinsiplərinin, üsul və qay­da­la­rının mər­hələli şəkildə yaradılması prosesi aktiv şəkildə həyata keçirilir. Ümumilikdə, vergi harmonizasiyası dedikdə, milli vergi sistemlərinin və onların baza elementlərinin razı­laş­dırıl­ması və unifikasiyası yolu ilə həyata keçirilən dövlət­lərarası vergi siyasətinin strategiyasını başa düş­mək lazımdır.


Ardı →

9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti-2

Delorun məruzəsi və qismən ona əsaslanmış Maas­trixt müqaviləsi 1990-cı illərdə Qərbi Avropa inteq­rasiyasının keyfiy­yətcə yeni inkişaf mərhələsini açdı. Av­ropa birliklərinin Avropa Ittifaqına transformasiyası barədə tarixi Maastrixt müqaviləsi 1991-ci ilin dekabrında imzalanmış, ratifikasiya edilmiş və çətinliklərə baxma­yaraq, 1993-cü ilin noyabr ayında qüvvəyə minmişdir. Maastrixt müqaviləsinin ratifika­si­yası ilə bağlı çətinlklər 1992-ci ildə Danimarkada və Fran­sa­da yaranmış, nə­ticədə vahid Avropanın gələcəyinə və uyğun olaraq AVS-nə olan inam xeyli qırılmışdır. Bu isə 1992-ci ilin sentyabr-oktyabr aylarında Avropa valyutaları bazarının ciddi böhran vəziyyətində olmasına gətirib çıxartdı. Bunun nəticəsi olaraq, Britaniya funtu, Italiya lirəsi AVS-ni tərk edir, ispan pesetası və portuqaliya eskudosu elə həmin ilin noyabrında 6% devalvasiya olunurlar. 1993-cü ilin yanvarında irland funtu 10% devalvasiya olunur, may ayında isə peseta və eskudo düşməkdə davam edir. Be­lə­liklə, Birlik ölkələrinin maliyyə nazirləri Avropa valyu­ta­larının mümkün dəyişmə sərhədlərinin ±15% geniş­lən­dirilməsi ilə bağlı addım atmaq məcburiyyətində qalırlar.
Ardı →

9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti

Avropa qitəsində vahid pul sistemini yaratmaq ideyası çoxdan meydana gəlmişdir. Makedoniyalı Isgən­dər­dən və Roma imperatoru Avqustdan başlayaraq, bir çox sərkər­də­lər, alimlər və mütəfəkkirlər Avropa xalqları üçün ümumi pul məsələsini qaldırmışlar. Orta əsrlər Avro­pasında ümumi val­yu­tanı tətbiq etməyə dəfələrlə cəhd göstərilmişdir. Məsələn, 1392-ci ildə şimaldakı alman şəhərləri monetar ittifaq yara­dıb, ümumi pulu kəsməyə başladılar. XIX əsrdə Napoleon Bonapart və Viktor Hüqo ümumavropa pulunu yaratmaq ideyasını irəli sürürdülər.


Ardı →

9.2.2.Avropa mərkəzi bankı

Avropa Birliyi ölkələrinin vahid pul sistemini tən­zimləyən ilk maliyyə müəssisəsi Avropa valyuta institutu idi (AVI). AVI 1994-cü ildə yanvarın 1-də fəaliyyətə başlamışdır. Maastrixt müqaviləsinə uyğun şəkildə yara­dılmış Avropa valyuta institutu Frankfurt-Mayndakı mənzil qərargahı ilə Avropa valyuta əməkdaşlıq fondunu əvəz etdi. AVI-nun əsas vəzifələri aşağıdakılar idi:


  • AB-yə üzv ölkələrin mərkəzi banklarının monetar siyasətlərinin koordinasiyası;

  • Avropa valyuta sisteminin fəaliyyətinə nəzarət;

  • Avropa mərkəzi banklar sisteminin təşkilinə və vahid valyutaya-avroya keçidə hazırlıq;

  • ümumavropa hesablaşma sisteminin effektivliyinin yüksəldilməsi;

  • mərkəzi bankların statistikasının unifikasiyası;

  • bankların arzusu ilə rəsmi valyuta rezervləri ilə idarəetmə.

Ardı →

9.1. AB iqtisadiyyatının inkişafının müasir tendensiyaları

Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və Italiya) maliyyə-kredit sistemlərinin ana­lizi Avropanın inteq­rasiya birliyinin əsas struktur elementlərinin xüsusiy­yətlərini müəyyənləşdirməyə imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya maliyyə bazarında özünün institusional və hüquqi formaları olan müstəqil iştirakçı kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa döv­lətlərinin rollarının minimallaşdırılması tenden­siyası nəzərə çarpır. Bu ölkələr arasında iqtisadi, hüquqi və digər sər­hədlərin silinməsi isə nəticədə onun vahid maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.


Ardı →