Aralıq dәnizi və ya Mediterrana

Aralıq dәnizi və ya Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 mln. km2-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur.

Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.


Davamı →

Avropanın daxili suları

Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay şəbəkəsi mövcuddur. Çaylar rejiminə, qidalanmasına və onlardan təsərrüfat məqsədilə istifadə edilməsinə görə bir-birindən fərqlənir.

Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəlalələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidroenerji ehtiyatları vardır ki, bundan da Norveç, İsveç və Finlandiya ölkələr çox səmərəli istifadə edirlər.


Davamı →

Avropanın iqlimi

Avropa iqlimin daha dəqiq öyrənildiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaqcadan xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görülməsinə şərait yaradır.

Avropada iqlimin formalaşmasında müxtəlif amillər iştirak edir. Onlardan ən mühüm olanı coğrafi mövqedir. Şimal yarımkürəsinin, əsasən, mülayim iqlim qurşağında, Atlantik okeanı sahilində yerləşən Qərbi Avropa ümumilikdə yumşaq iqlimlə səciyyələnir.


Davamı →

Avropanın relyefi

Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).

Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәri və troq dәrәlәridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər fyordlar adlanır.


Davamı →