Ayşvariya Ray

Hindistanlı aktrisa Ayşvariya Ray hamının ürəyində taxt quran gözəllərdəndir. Azərbaycanda belə bir çox maşınları, avtobusları bəzəyən fotoları əldən ələ keçərək evlərdə yerini tapıb. O, “Bollivud”un ilk aktrisasıdır ki, Hollivudda da təqdir qazanmışdı. Pakistanın Baş Naziri Yusuf Reza Gilani belə, avtobioqrafik romanında qeyd etmişdi ki, altı il həbsdə olarkən Ayşvariya ilə nəfəs alıb.

Hindistanlı Krişnaray və Vrinda Rayın gözəl qızları 1 noyabr 1973-cü ildə dünyaya gəlib. Bu sevimli cütlük bir-birinə pərəstiş edirdi. Övladları da bu sevgidə üzürdü. Oğlanları Aditya və qızları Ayşvariya xoşbəxt ailədə böyüdülər. Ayşvariyanın atası hərbçi olduğu üçün ailə tez-tez müxtəlif yerlərə köçməli olurdu. Son dəfə onlar qızlarının 3 yaşı olanda Mumbaya köçdülər və həmişəlik orada qaldılar. Aktrisa uşaqlığı barədə həmişə xoş danışıb. Yadına salır ki, uşaq olarkən yaşıdlarından qaçırmış, adətən böyüklərlə otururmuş. Valideynləri isə qızlarının arzuları ilə oturub-dururdular. Onlar Avropa ruhunu sevirdilər və övladlarını da bu ruhda böyüdürdülər.


Ardı →