Azıx mağarası haqqında

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 kmaralıda olub, Quruçayın müasir yatağından 200-250 myüksəklikdə yerləşir. Mağara Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 myüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir.
Davamı →

Azıx mağarası

Azərbaycan ən qədim insan yaşayış məskəni 1968-ci ildə aşkar olunmuş Azıx mağarasıdır(Məmmədəli Hüseynov tərəfindən). Bu mağara Füzuli rayonunun 14 km-də yerləşir. Bu arxeolji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı bunu sübut edir ki,təxminən Azərbaycanda 350-400 min il bundan əvvəl insan yaşamışdır.Bu adam Azıx adamı (Azıxantrop) adlanır.

Bu tapıntı dünyada 4-cü tapıntıdır.Burada 700 min il bundan əvvələ aid ocaq izləri tapılmışdır.Hətda burada tapılan ayı kəlləsinin üzərində olan cızıqlar ona parlaq işarədir ki,Azıx adamları tatem yəni heyvanlara insan (qədimdən)vardır və bundan əlavə burada çoxlu daş alətlərdə tapılmışdır.Ümumiyyətlə Azıx mağarasının köməyi ilə bir daş dövrü haqqında geniş məlumat ala bilərik.


Ardı →