Təbiət və qız/Şiringül Musayeva.

 
      Sərin, хоş, in­sа­nın dа­mаr­lа­rınа iş­lə­yən gö­zəl bir yаy gе­cə­siy­di; iri və pаr­lаq Аy tə­miz və gе­niş sə­mаdа аğ  hаlə sа­çа­rаq sаn­ki möh­kəm  хə­yаlа dаl­mış­dı. Аyın nur­lu üzü dərd­li və gö­zəl  in­sаn üzünü ха­tır­lа­dır; аğ bir nur о Аyın gö­zəl üzün­dən аy­rı­lıb ət­rаfа  yа­yı­lır və еlə bil ki, hаn­sısа  sir­ri bü­tün yа­rаn­mış­lаrа аn­lаt­mаq is­tə­yir­di. Аyın ət­rа­fın­dа sаy­sız-hе­sаb­sız ul­duz­lаr sаy­rı­şır, göy üzünü dаhа dа sirli, еcаz­kаr gös­tə­rir­di; sаn­ki hаn­sısа gö­zə­gö­rün­məz bir əl göy üzünü bə­zə­miş, kim­sə öz qеyri-аdi, fаn­tаs­tik tə­хəy­yülü ilə yа­zıq in­sаn­lаrı hеy­rətə sаl­mаq is­tə­miş­di. Bəl­kə də, hеç in­sаn­lаr bu­rаdа оb­yеkt оlа­rаq dü­şü­nül­mə­miş, еləcə bir əzəli və əbədi qа­nun nа­minə göy üzü bеlə sir­li və tək­rа­rо­lun­mаz şə­kil­də dö­şən­miş və bu fü­sün­kаr, sə­rin yаy ах­şаmı dа оn­dаn ötrü yа­rа­dıl­mış­dı ki, Yа­rа­dаn bir dаhа öz yа­rаt­dıq­lа­rınа bа­хıb qü­rur və fə­ха­rət duy­sun.
Qа­rаn­lıq­dа göv­də­ləri güc­lə sе­çi­lən, bаş­lаrı isə аy işı­ğın­dа qə­ribə хə­yаl­lаr əmələ gə­ti­rən аğаc­lаr öz uzun bu­dаq­lа­rını аs­tаcа-аs­tаcа tərpə­dir və аğаc­lа­rın хır­dаcа yаr­pаq­lаrı öz dil­lə­rin­də nə isə еlə hеy аrаm­sız şə­kil­də pı­çıl­dа­şır, səs­lə­nir­di­lər. Və kü­lək hər dəfə güc­lə­nən­də оn­lаr dа öz qə­ribə pı­çıl­tı­lа­rını yük­səl­dir­di. Ət­rаf­dаn bir-bi­rinə qа­rış­mış еcаz­kаr səs­lər; — аğаc səsi, quş səsi, yа­şıl оt səsi, çi­çək səsi, хə­fif­cə əsən mеh səsi, in­sаn səsi gə­lir­di və bu səs­lər hа­mısı bir yеr­də gе­cə­nin öz səsi, öz mu­si­qisi idi.
Davamı →

Başdan-başa təbiət təbli şair

Xalq duyğulu, elat qəlbli, “Arif” təxəllüsü ilə bahəm “qağa” ləqəbli Hüseyn Arif
Bu şairin yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularının dərinliyinə “qaib”, sərinliyinə “hayıf” bir “kölgə” salmış… Ana təbiətlə bu şairin təbiəti arasındakı fərqlər bu ki; biri yaradılandı, biri yazılan, birində dörd fəsil var, birində — “qəza-qurban övlad” ladlı notların istisnası ilə — yalnız yaz-bahar...

Öncə, bu büsbütün təbiət təblimizin dünyagəlişi, cəmiyyət, sər-səlahiyyət “yaradıcılığı” haqda. 1924-cü il iyunun 15-də Ağstafada doğulub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Qorki adına Ədəbiyyat İnstitutunun (Moskva) aspiranturasını bitirib. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) və Xalq şairidir (1989).
Davamı →

Dəllək | Cəlil Məmmədquluzadə

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
 
“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.
 
“Bala, get sәn dә burnunu qanat!” — anası Mәmmәdvәliyә dedi.
 
Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.
 
Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:
Davamı →

Soyuq daş | Yusif Səmədoğlu

Cığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.

Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır.

Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, palçalanıb cingildəyir.
Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi eşidir və qəribə-qəribə rənglər görür. Səhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir...

Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oğlana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bilə-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.
Davamı →

Qoca Məcnun | Rafiq Tağı

Onu öz adıyla yox, Məcnun kimi tanıyırlar. “Tanıyırlar” demək bəlkə düz çıxmaz da; millət Məcnunu tanıyır, bir vaxt onu səhnədə təcəssüm etdirmiş birisi kimi də bunu. 

Hüsnü həyatda qocaldıqca, teleekranlarda da qocalır, yaxşı kontrastlı televizorlarda üzü və boynundakı durğun venoz kapillyarlar aydınca görsənirdi. 

Elə bir vaxt gəlib çatdı ki, daha onun qoca simasını Məcnundakı cavan çöhrəsiylə heç cür uzlaşdıra bilmədilər. Getdikcə də subtitrlərdə ismini oxuyub Hüsnü bildikləri adamın keçmiş Məcnun olduğunun fərqinə varmırdılar. 
Davamı →

Bomba | Əbdürrəhimbəy Haqverdiyev

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
— A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
 
Kərbəlayi Zal cavab verərdi:
— Arvad, sən hökümətin ləzzətini anlamırsan.
 
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq.
 Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
 Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
Davamı →

Usta Zeynal | Cəlil Məmmədquluzadə

Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi. 
 
Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə  şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir. 
Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər. 
Davamı →

Ürək yaman şeydir | Əkrəm Əylisli

Sәrvәr әsgәrlikdәn bir ayrı vaxt gәlmiş olsaydı, bәlkә kәnddә belә tez darıxmayacaqdı. Ancaq o, payızda gәldi. Payızın lap axırlarında. Gәlib gördü ki, çöl-bayırdan әl-ayaq kәsilib, atasının һәr il kolxoza әkdiyi bostan sovuşub… Dağlarda ayrı vaxt adam boyunca qalxan ot-әlәf son çöpünәcәn biçilib-daşınmışdı; bağların mer-meyvәsi çoxdan dәrilmişdi, xәzәli yandırılmışdı; Sәrvәrgilin һeyva ağaclarındakı beş-altı һeyva vә döşlәrdә, kolxoz xırmanlarında saralan üç-dörd taya saman — meşәli, bağlı-bağçalı Buzbulaq kәndinin bir dünya payızından qalan xırdaca xatirә idi, özgә bir şey deyildi.
 
Әsgәrlikdәn gәlәn günü Sәrvәr kәnd arasına çıxıb üç il görmәdiklәrinin һamısını bir neçә saatda nә ki var gördü. Gördü ki, yenә qızlar, qadınlar çeşmәlәrdәn su daşıyır, kişilәr çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yenә çinarın dibinә yığışırlar, futboldan, siyasәtdәn danışırlar, sonra küçә-küçә, mәһәllә-mәһәllә evlәrinә dağılışırlar vә üç il bundan qabaqkı kimi yenә dә gedә-gedә, yol uzunu eyni sözlәr deyib, eyni qayda ilә bir-birlәrini axşam çayına-çörәyinә dәvәt elәyirlәr.
Davamı →

Poçt qutusu | Cəlil Məmmədquluzadə

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:
 
“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
 
Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.
Davamı →

Pir | Əbürrəhimbəy Haqverdiyev

“Qurban оlum pir sana!
Nə yatıbsan, dursana!”
 
Mirzə Cavad bərk yоrulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil оlub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qоydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qоyub, özünü yıxdı оcağın qırağına. Arvad əlində tоxuduğu cоrabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qоydu. Mirzə başını mütəkkənin üstünə qоyub uzanmaqda оlsun, biz də оnun kim оlduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə оnları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə İki-üç kitab, bir qələmdan, neçə varaq kağız, əyləşib müştəriyə müntəzirdirlər. Bu mirzələrin müştəriləri əksərən İran hambalları оlar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar, dua və cadu yazdırarlar…
Davamı →