"Ögey ana" filminin bilinməyən tərəfləri

  • Kino

Bu gün Azərbaycanda film istehsalı davam etsə də, XX əsrin ortalarında daha az imkanla, daha böyük entuziazm, gözəl aktyor oyunları sayəsində köhnə filmlərimizi heç nə əvəz eləmir.

Bu gün sizə bu filmlərdən birinin kadrarxası barədə bəzi maraqlı məlumatları çatdıracağıq. Öncə 1958-ci ildə ekranlara çıxmış, o illərdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş “Ögey ana” filmi haqqında danışacağıq. Bu filmi yəqin ki, orta nəslin nümayəndələrindən görməyən yoxdur.

Rejissor Həbib İsmayılovun ekranlaşdırdığı film İsmayıllı rayonunun Qalacıq kəndində çəkilmişdi. Dilarənin fırtınalı gecədə üzərindən keçdiyi asma körpü indi İsmayıllıda böyük populyarlıq qazanmış turizm zonasıdır. El arasında hər kəsin “İsmayılın körpüsü” dediyi bu körpüyə turistlər maraqla axın edirlər.

Filmin çəkilişləri zamanı əsas uşaq oyunçulardan əlavə kütləvi səhnələrə Qalacıq kəndinin uşaqları da çəkilib. İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsini yəqin unutmamısınız. Həmin illərdə İsmayıllıda yol çəkilişi üçün həqiqətən qayalar partladlırdı və filmdə istifadə edilən partlama səhnəsi realdır. Qayadan qopan daşlar, qaya parçaları isə kartondan hazırlanmışdı və bu rekvizitlərdən “Qızmar günəş altında “ filminin çəkilişləri zamanı da istifadə olunmuşdu.


Davamı →

AzDramanı incidilərək tərk edən Xalq artisti

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Uşaqlıq  çağlarında  laqeyd  və  hətta  qorxu  ilə  yanaşdığı  teatra  bir  gün vurulacağı  heç  ağlına  belə  gəlməzdi. Onun sənət həyatı bir qorxu ilə bir eşq arasında təcəlli etmişdi… Sonralar qələmə aldığı  “İki  ömrüm  olsaydı...”  xatirə kitabında bu nüansı xatırlayır.
Davamı →

Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.
Davamı →

Hacıbaba Bağırov

Bağırov Hacıbaba Ağarza oğlu (12.06.1932-6.10.2006) — 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad («Almas»), Şahsuvar («Komsomol poeması»), Rəşid («Anacan») kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.


Ardı →

Səməndər Rzayev

Səməndər RzayevNədənsə, adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin oyununa tamaşa edəcəyik. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Mənsim oğlu Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Ardı →

"Bəxt üzüyü" filmi | Maraqlı məqamlar

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında 1991-ci ildə çəkilib. Bəxt uzuyu filmi
Bəxt üzüyü” çəkilməzdən öncə Sumqayıt teatrında bu əsərin çox uğurlu tamaşa həlli olub. O, həmin illərin dillər əzbəri olan tamaşalarından idi. Ona film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranıb. 

Bir gün Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkmək qərarı barədə Vaqif Səmədoğluna bildirib. Bu arada aktrisa Afaq Bəşirqızı özünün baş rola çəkilməsi şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.

Film qəhrəmanlardan biri – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Burda söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadır.
Ardı →

"O olmasın, bu olsun" filmindəki təhriflər

Yersiz müdaxilə

O olmasın, bu olsunAbbas Zamanov- Filoloq, EA-nın müxbir üzvü (1983)
Xalqımızın sevimli bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının yarım əsrə yaxın səhnə ömrü vardır. İllər keçdikcə o öz təravətini itirmir, əksinə, getdikcə gəncləşir, tamaşaçılar tərəfindən daha səmimi qarşılanır. Komediyanın müvəffəqiyyətinə səbəb onun ürəkləri dilləndirən nikbin musiqisi, xalq müdrikliyindən doğan mənalı satirası və oynaq dramatik konfliktidir.

Azərbaycan kinostudiyasının klassik operettamızın bu ölməz sənət əsərini ekranda canlandırmaq təşəbbüsü, heç şübhəsiz ki, təqdirəlayiq bir addımdır. Hazırda respublikamızın şəhər və kəndlərində nümayiş etdirilən “O olmasın, bu olsun” musiqili kinokomediyasının (ssenari müəllifi S. Rəhman, quruluşçu rejissor H. Seyidzadə, baş operator Ə. A. Atakişiyevdir) bəzi müvəffəqiyyətli cəhətlərilə yanaşı, mübahisəyə və tamaşaçıların etirazına səbəb olan ciddi nöqsanları vardır ki, onların haqqında mətbuat səhifələrində danışmaq, müzakirə açmaq lazımdır.


Ardı →

Nəcibə Məlikova

Nəcibə MəlikovaBir çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs edilib ilim-ilim itirilərdi. 

Ailənin böyüyü bu qızın atası da sənət adamı idi, Haşım bəy Saqib. Odur ki, qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki, Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var. Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb dodaqaltı gülümsəyirdi.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən doğan təsadüfmü? Kim bilir… Bəlli olan odur ki, sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü var. Çox keçmədi, Azərbaycan teatr sənətinə bu gözəlliklə bahəm, həm də istedadlı bir aktrısanın gəlişi bəlli oldu — Nəcibə Məlikovanın. 
Ardı →

Ekrandan həyata köçən replikalar

Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir. Onların tam olmayan siyahısını oxuculara təqdim edirik:kino

— Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

— Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”) 

— Murada noolub? (“Uşaqlığın son gecəsi”)

— Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”) 

— Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)
Ardı →

Baxmaqdan doymadığımız filmlərdən sitatlar

«Bəyin oğurlanması»Azərbaycan filmləri
-Görəsən monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
-Sənə əjdaha lazımdır? Yox, mənim nəyimə lazımdır? Heç mənə də lazım deyil.
-Əşi nə fərqi var səs hardan gəlir, burdan eşit, burdan da oyna da.
-Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.

-Ay yoldaş, bir az sakit olar? 
-Olar, niyə olmur? 

-Nananay nay nay nananay nay -evdə uşaqlar da deyir ki, atamız işə gedib

  — Ay kişi istəmirsən səni- ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər?
— Yox
— Düz deyirsən, səni elə görməsələr yaxşıdır. 


Ardı →