Nəcibə Məlikova

Nəcibə MəlikovaBir çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs edilib ilim-ilim itirilərdi. 

Ailənin böyüyü bu qızın atası da sənət adamı idi, Haşım bəy Saqib. Odur ki, qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki, Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var. Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb dodaqaltı gülümsəyirdi.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən doğan təsadüfmü? Kim bilir… Bəlli olan odur ki, sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü var. Çox keçmədi, Azərbaycan teatr sənətinə bu gözəlliklə bahəm, həm də istedadlı bir aktrısanın gəlişi bəlli oldu — Nəcibə Məlikovanın. 
Ardı →

"Yol Əhvalatı" filmi

Filmdən bu sitatlar dillərə düşüb:
“götürək elə bu bacım oğlu Makintoju, yüz dəfə demişəm ki, əl çək bu xırda-xuruş alverdən. Gətirib fransuzki qalstuku ərəbski adı ilə sırıyıb mənə. Qızım deyir ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvaetsa bu heç fransuski də deyil, nə bilim nə zibilskidi. Yalansa, fransuzki ilan vursun dilindən”.

“pereriv, pereriv”Yol əhvalatı filmi

“camaat şir-pələng saxlayır, bu nədi ə...”

“dəymə, atamın yadigarıdır”.

“əşşi.., toyuqsan, gir hinivə də”

“qaynanam üçün kalqotka almalı idim...

— onda gərək bir tin o yanda düşəydin...”

“tezik ayağını qaldırıb...”

“sən öləsən, bu rəhmətliklər yığıb məni boğaza”. 

“proizvotstvenni travma” almışam axı”

Bəlkə yenə var, amma yadıma düşən bunlar oldu. 

“Yol əhvalatı” kino komediyası 1980-ci ilin filmidir. 
Ardı →

Nəsibə Zeynalova-Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası

Nəsibə ZeynalovaNəsibə Zeynalova Azərbaycanın ilk xalq artisti adını almış qadınlardan biridir. Azərbaycan teatrsevərləri arasında «qaynana» kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Ardı →

Ekrandan həyata köçən replikalar

Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir. Onların tam olmayan siyahısını oxuculara təqdim edirik:kino

— Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

— Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”) 

— Murada noolub? (“Uşaqlığın son gecəsi”)

— Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”) 

— Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)
Ardı →

Həsən Məmmədov

  • Kino
Həsən Məmmədov2003-cü ilin fevral ayının 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi yanaqları boyu göz yaşları axırdı. Və elə bil deyirdi ki, məni də apar, nə xoşbəxtsən ki, gedirsən, çox çəkməz, gələrəm arxanca. 

Çox qəribədir, Turabov özü də getməyə çox böyük yanğı ilə tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna, həm də özünə ağlayırdı elə bil, yekunlaşdırırdı. Cəmi altı ay sonra avqust istisində səhnədə o, özü “son rolunu” oynadı...

Əli qabarlı atanın oğlu “qoltuğu papkalı” olmaq istəmədi
Çox sadə bir ailədə dünyaya göz açıb. 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Sovet vaxtı bu rayona “Azərbaycanın Sibiri” deyirmişlər. Kimi cəzalandırmaq istəsə, hökumət onu bu rayona işləməyə, ən yaxşı halda uzun müddətli ezamiyyətə göndərərmiş. Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə çox görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu. 
Ardı →

Rasim Balayevlə müsahibə

Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevin APA-ya müsahibəsi.

  — Rasim müəllim, necəsiniz, səhhətiniz necədir?Rasim Balayev
— Son vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm, davamlı müalicə olunuram, görək sonu necə olacaq. Deyirlər yaxşı olacaq. Buna da şükür… Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər ki, belə getsə gələcəkdə gözümdə mirvari suyu əmələ gələcək. Maraqlandım, dedilər 5-7 dəqiqəlik lazer əməliyyatıdır. Yəni, əgər əmələ gəlsə, cərrahiyyə əməliyyatı ola bilər...
Görünür, yaşdandır, insan yaşa dolduqca problemlər ortaya çıxır. Mənə deyirlər ki, sən belindən zərbələri harada almısan? Düzdür, cavanlıqda atdan yıxılmışam, qaçanda ayağım ilişib, nə bilim, cürbəcür çəkilişlərdə hadisələr olub. Bir az ağrıyıb keçib, sən demə, onlar hamısı bir-bir yerini alıb, indi yavaş-yavaş üzə çıxır. Ömrün qış fəslinə gedirik. Ömrün yaz, yay, payız, qış fəsli var. Alın yazısına inanıram, hər kəsin öz alın yazısı var...

— Bəlkə elə səhhətinizdə yaşanan problemlər Azərbaycan kinosundakı nisbi durğunluqla da bağlıdır?
— Bilirsiniz ki, son bir neçə il çəkiliş problem oldu. Amma mən hər il ən azı bir filmdə çəkilirəm. O mənada şükür. Ötən il iki filmdə — “Sübhün səfiri” və Ayaz Salayevin bir filmində çəkildim. Birini dövlət qəbul edib, biri gözləmə məqamındadır. Amma 2013-cü ilin planını, ssenariləri, məni dəvət edib-etməyəcəklərini bilmirəm. Bizim sənət asılı sənətdir. Yəni, ola bilər ki, gələn il məni heç kim dəvət etməsin. Bu, mənlik deyil. Rasim Ocaqovun bir neçə filmində çəkilmişəm, o mənimlə işləmək istəyirdi, bir də görürdün deyirdi ki, “Rasim, təəssüf ki, ssenaridə sənə uyğun rol yoxdur”. Hələ ki canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək istəyirəm… Mən kamera, çəkiliş üçün darıxmaqdan qorxuram, darıxıram və buna görə də çəkilirəm.


Ardı →

Baxmaqdan doymadığımız filmlərdən sitatlar

«Bəyin oğurlanması»Azərbaycan filmləri
-Görəsən monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
-Sənə əjdaha lazımdır? Yox, mənim nəyimə lazımdır? Heç mənə də lazım deyil.
-Əşi nə fərqi var səs hardan gəlir, burdan eşit, burdan da oyna da.
-Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.

-Ay yoldaş, bir az sakit olar? 
-Olar, niyə olmur? 

-Nananay nay nay nananay nay -evdə uşaqlar da deyir ki, atamız işə gedib

  — Ay kişi istəmirsən səni- ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər?
— Yox
— Düz deyirsən, səni elə görməsələr yaxşıdır. 


Ardı →

Azərbaycan kinosunun yaranması

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri («Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun «Neft və milyonlar səltənətində» romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun «Arşın mal alan» operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Ardı →

Filmlərimizdəki sevgi macəraları

Münasibətləri maraqlı etmək üçün mütləq problem olmalıdır?
Kinematoqrafiyamız bir çox mövzular kimi sevgiyə də laqeyd qalmayıb. Filmin süjet xətti nə olursa-olsun, əksər ekran əsərlərində sevgi motivlərinə az-çox yer ayırıb. Komik sevgi situasiyalarından tutmuş, qadağan əlaqələrə kimi hər cür durumlar təqdim olunub.

«Ulduz»

Söhbət ki, komik sevgi situasiyalarından düşdü, elə onlardan başlayaq. Ağlımıza o dəqiqə məşhur «Ulduz» filmindəki Möhsün gəldi. Ümumiyyətlə, bu film başdan-ayağa «prikol» münasibətlərlə doludu. Əvvəlcə, nəyin bahasına olur-olsun, təkliyin daşını atmaq, özünə sevgili tapmağı qarşısına məqsəd qoymuş Möhsünün məhəbbət yolunda üzləşdiyi fiaskolar, sonra Qədirin sosial-ictimai motivlərə köklənən sevgisi, arzusuna çatmağın maraqlı üsulları və s. Sözün açığı, «Ulduz»un ən yaddaqalan qəhrəmanı elə Qədirdir. Səbəb: sovet ədəbi tənqidi demişkən, hisslərin sadə dillə səmimi ifadəsi… Hansına ki, film boyu, bütün sevgi situasiyalarında əməl olunub. Burada heç nəfəs kəsən ehtiraslı kadrlara ehtiyac da qalmayıb.
Ardı →

Kommersiya-komediya filmləri

Sosializm rejiminin maraqlı tapıntılarından biri də ŞHK — Şən və Hazırcavablar Klubu idi. Ali təhsil məktəblərinin tələbələrindən və əksəriyyəti oğlanlardan ibarət olan bir qrup gənc komandalarda birləşərək bir-biri ilə hazırcavablıqda yarışır. Eyni zamanda rəqs edir, xalq arasında məşhurlaşmış mahnıların sözlərini dəyişərək yeni variantda oxuyurlar.
Daha çox 70-ci illərdə populyarlaşmağa başlayan bu janrın nümayəndələri — ŞHK-çılar səhnədən, heç kimin xətrinə dəymədən küçədə, qonşuda, oxuduqları, işlədikləri müəssisələrdə rastlaşdıqları nöqsanları da yüngül yumorla cəmiyyətin diqqətinə çatdırırdılar. Deyilənə görə, hətta idarə rəhbərləri, institut müəllimləri, xüsusilə də aşkarlıq illərində onların dilinə düşməkdən bərk qorxurlarmış.
Bütün sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir klub yaradılmışdı. Əsası hazırda Moskvada yaşayan keçmiş bakılı rejissor Yuli Qusman tərəfindən qoyulmuş «Bakılı oğlanlar» («Parni iz Baku») Şən və Hazırcavablar komandası dəfələrlə Moskva festivallarında qalib gəlmişdi. Amma… Məqsədimiz ŞHK-nın tarixini danışmaq deyil.


Ardı →