İlk qadın redaktorumuz

İlk qadın məcmuəsinin naşiri

XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.


Davamı →

Məhsəti Gəncəvi

XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

Davamı →

Sevil Qazıyeva

Atası Həmzət kişi müharibədən qayıdanda Sevilin 5 yaşı olub: 
Sevil Qazıyevanın gündəliyindən «Anam məni qonşuların ümidinə qoyub işə gedərmiş. Atam döyüşlərdə ayağının birini itirmişdi. Onunla oynamağı xoşlayırdım. Həmişə deyirdim ki, hamının iki ayağı olduğu halda, niyə səndə təkdi? Sonralar, ağlım kəsəndə bu sualın xəcalətini çəkmişəm».
Bu, müharibə acısıydı. Sevilgil də onu dadmışdı. Amma işıqlı gələcəyə həmişə inanmışdı. İnanmışdı ki, yolumuz kommunizmədi. Bu yol da zəhmətdən başlayır, ağır, gərgin zəhmətdən. Elə ona görə də Tursunoyu tez eşitdi. Yolu da Binədəki məktəbdən keçirdi, təhsil müddəti bir il çəkdi, bu bir ilin bir ayını istehsalat təcrübəsi keçməliydi. Maşınla pambıq yığımı ən çox Mil düzündə tətbiq olunduğundan qızların doqquzunu — içərilərində Sevil də olmaqla keçmiş Jdanov (Beyləqan) rayonunun 5 saylı sovxozuna göndərdilər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılacaq (Bu sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb — M.N.)

Davamı →

Nigar Şıxlinskaya

 Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza — Nigar xanım Şıxlinskaya

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının işğalı altında olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər ziyalımız elm və mədəniyyətin inkişafı üçün çalışırdı. "Üsuli-cədid tərəfdarları" və ya qısaca «cədidçilər» adlanan bu ziyalılar yenilik tərəfdarı olmaları ilə seçilirdilər və onların ardıcıl fəaliyyəti güclü bir hərəkata çevrilmişdi. 


Davamı →

Azadlığı azadsızlıqda tapanlar

Günlərdir, sosial şəbəkələrdə, az qala, hər kəs belarus qızlarının Azərbaycan kişilərinin üzünü güldürən, qadınlarının könlünü bulandıran kreativ etiraz fotoları paylaşılır. Deyəsən, belarusların sərbəst geyimləri, cəsarətli davranışları, mədəni şəkildə öz səslərinə sahib çıxmaq cəhdləri ambivalent duyğular yaşayan bizlərə azadlığın simvolu təsiri bağışlayır. Necə deyərlər, qonşunun toyunun səsinə biz öz evimizdə oynayırıq.

Davamı →

O, Qadındır

On illik kölə… İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım...
Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: «Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük istəyim təhsil sistemində dəyişiklik etmək istəyidır, mənə mükəmməl təhsil verin, rica edirəm» deməsi və s. sözlərin, fikirləri möhtəşəm idi. Bu uşaq möcüzədir..

Davamı →

Azərbaycanın ziyalı qadınları

İnsan mənəviyyatı üçün yaşamalıdır.Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.
Heydər Əliyev

Tarix boyu hər kəs türk qadınlarının necə ziyalı, müdrik, ağıllı, cəsaratli, ən əsası namuslu olduğunu, tarixə qızıl hərflərlə ad salmış oğullar yetiştirdiyinin şahididir.Azərbaycanda ziyalı, vətənin adıni daima ucaldan qadınlarımız da çoxdur. Biz bunlarla fəxr və qürur hissi keçirdirik. Azərbaycan öz ziyalı qadinları ilə seçilir. Bunlardan, da ilk qadın jurnalı olan "İşıq"ın redaktoru Əlibəyova Xədicə xanım, ilk maarifçi qadınlarından biri, qızlar üçün məktəb açmış Məmmədquluzadə Cavanşir Həmidə xanım, ilk Azərbaycan qadın professoru, tibb elmlər doktoru, əməkdar elm xadimi Sona xanım Vəlixan, ilk qadın Xarici işlər naziri Tahirova Tahirə, ilk azərbaycanlı qadın gəmi kapitanı, 1994-cü ildə «Qırmızı ulduz» ordeni ilə təltif olunmuş Səlimova Şövkət da vardır.


Ardı →

Evdar qadın

Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Ardı →

Azərbaycan qızları niyə heç vaxt gülümsəmir?

  • Qadın
Bir dəfə idman zalına gedirdim. Yolda radio dinləyirəm, gözümdə gün eynəyi, pəncərənin arxasında güməş… Yerli rəfiqəm zarafatla mənə minnət etdi ki, o, mənim maşınıma yol vermək üçün maşınını saxlayıb. Mən isə, onun dili ilə desəm, öz «rus üslubumla,heç gülümsəmədim də və ona əl də sallamadım». Buna nə deyə bilərdim ki? Mən rus deyiləm və Bakıda soyuq qış olmur? Hamıya izah etmək məni necə də bezdirib!
Lakin bu, məni düşünməyə vadar etdi. Bilirəm o nəyi nəzərdə tuturdu. Mən özüm həmişə keçmiş «sovetdən» «bizimkiləri» qaşqabaqlı, ciddi sifətlərindən tanıyıram. Bütün Sovet Ittifaqının əvəzinə bəraət qazana bilmərəm. Amma mənim Azərbaycan qızlarının niyə belə olduğu ilə bağlı izahım var.
Ardı →