Azərbaycanda iqlim

1. Azәrbaycanda günәş radiasiyasının paylanması

Azərbaycanda Günəş radiasiyasının illik miqdarı 120–160 kkal/sm2 arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti 128–132 kkal/sm2-dir. Orta dağlığa doğru, radiasiyanın miqdarı azalır və 120–124 kkal/sm2-ə qədər enir.

Bunun səbəbi buludluluqdur. 1500–1600 m hündürlükdən sonra onun miqdarı yenə azdır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140–150 kkal/ sm2 təşkil edir.


Davamı →

İqlim

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.


1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.


Ardı →

İqlim tipləri

Ərazinin geniş hissəsi subtropik, yalnız Lənkəran və Böyük Qafqazın cənubu (Qanıx-Əyriçay) rütubətli subtropik qurşaqdadır. Ə.Şixlınski Azərbaycanı 8 iqlim tipinə ayırıb. Buna səbəb coğrafi enlik və relyefin müxtəlifliyidir.
I. Yarımsəhra və quru çöl iqlimi Azərbaycanın 50%-dan çoxunu əhatə edir. Bu iqlim əsasən Azərbaycanın düzənliklərini — Kür-Araz, Samur-Dəvəçi və Naxçıvanın Arazboyu düzənliklarini əhatə edir. Bu ərazilərdə arid (quraq) təbiətin olması bu iqlimlə əlaqədardır. Iki yarım tipi var:
a) Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (və ya quru subptropik iqlim) yaranıb. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Bu iqlim şəraitində pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik meyvəçilik inkişaf edib. Qış otlağı kimi istifadə olunur.
Davamı →

Azərbaycanın iqlimi

Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:
1. Coğrafi enlik;
2. Günəş radiasiyası;
3. Mürəkkəb relyef;
4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s.
Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur.
Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır.
Davamı →