"Filarmoniya"-nın tarixi

kohnə filarmoniya
XIX əsrdə Avropa və Amerikanın bir sıra şəhərlərində (Peterburq, Moskva, Berlin, Nyu-York və s.) yaradılan filarmonik cəmiyyətlər, əsasən simfonik musiqini təbliğ ediblər. 20-ci əsrdə buna bənzər cəmiyyətlər daha geniş yayılaraq, Avropanın sosialist ölkələrində dövlət müəssisəsinə çevrilib.

   İlk filarmoniya 1921-ci ildə Peterburqda, 1922-ci ildə isə Moskvada təşkil olunub. Azərbaycanda filarmoniya təşkilinin tarixi 30-cu illərə gedib çıxır, 1936-cı ildə təşkil olunan filarmoniya elə həmin ildən də Müslüm Maqomayevin adını daşıyır. Sovet dövründə Azərbaycan Dövlət Filarmoniyası respublikanın ən böyük konsert müəssisəsi hesab olunurdu. Bu mədəniyyət ocağının nəzdində simfonik orkestr, mahnı və rəqs ansamblı, Xor Kopellası və simli kvartet fəaliyyət göstərib.


Ardı →

Milli qadın bəzəkləri

Milli qadın bəzəkləriAzərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm  yer tutduğunu göstərir.

3000 il bundan əvvələ aid  Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl  IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.

 Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.


Ardı →

Müstəqil Azərbaycan Respublikası

SSRİ-nin dağılması ilə Azərbaycan da müstəqillik əldə etdi. Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. 20-ci illərdə Azərbaycanı bürüyən müqavimət hərəkatı və üsyanlar buna misal ola bilər. Rejimin hələ ilk ilində — 1920-ci ildə ona qarşı Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda, Şəmkirdə və b. yerlərdə açıq üsyanlar baş vermişdi. 1920 — 1924-cü illərdə Azərbaycanda Sovet rejiminə qarşı 54 silahlı çıxış olmuşdu. Keçmiş milli demokratik partiyalar («Müsavat», «İttihad» və b.) gizlində öz fəaliyyətlərini davam etdirirdilər. Azərbaycanda milli müstəqillik uğrunda mübarizə aparan təşkilat və qruplar yaradılmışdı. Gizli fəaliyyətə keçən «İttihad» partiyası «Vətən və ölüm» qrupu yaratmışdı. A.Musaxanlının və N.Şahsuvarovun başçılığı ilə Bakı Pedaqoji Texnikumunda «Gənc Azəri» qrupu fəaliyyət göstərmişdi. «Müsavat» partiyası gizli şəkildə «İstiqlal» vərəqəsi nəşr etdirmişdi. 1923-cü ildə onun səhifələrində verilmiş bəyənnamədə yazılmışdı: «Ey türk (Azərbaycan) xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir. Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir!
Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız!».
Ardı →

Çövkən - sağlamlıq və sevgi

Chovkən oyunu təsvir edilmiş miniaturAt muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Məsələn, xalq arasında inama görə, əgər yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bu xüsusiyyətlərdir. «Koroğlu» dastanını oxuyub Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var — o, insanların əbədi dostu və köməkçisidir. Bəşər övladı tarixən atdan xeyir görüb, faydalanıb.
Davamı →

Azərbaycan Polisi Günü

Azərbaycan polisləriAzərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin vəəmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. 

AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində «milis» adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır. 
Ardı →

Azərbaycan manatı

Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur. Azərbaycan manatı türk ölkələrinin ən dəyərli puludur.


Ardı →

Azərbaycanda baş vermiş ən böyük 10 zəlzələ

Azərbaycanda baş vermiş maqnitudasına görə ən böyük 10 zəlzələni diqqətinizə çatdırırıq:
1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir.
2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. 
 3. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.
Davamı →

Novxanı

Bura 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.

Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər. Beləliklə, bu dəfə oxuculara Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən Novxanıdan danışacağıq.


Ardı →

Ramana kəndi

Ramana kəndiBir nardaranlı xozeyni olan ramanalı Qurbandan ölənə yaxın soruşur ki, bu dünyada nədən doymadın? Hacı Qurban dərindən ah çəkərək “bu dünyada Ramananın üzüm bağlarından və Nardarandakı dəniz sahilindən doymadım” deyib. Bu sözləri bizə deyən Ramana sakini Seyid Zöhrab indiki neft buruqlarının yerində əvvəllər ucu-bucağı görünməyən üzüm bağlarının olduğunu söyləyir.

Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında sizlərə növbəti bir kəndi- Abşeron yarımadasındakı qədim yaşayış məskənlərindən biri olan Ramananı təqdim edirik.
Bu kənd tarixi ədəbiyyatda ən çox məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox abidələr, məscidlər, qəbiristanlıq, hamam və pirlər də var. Balaxanı ilə qonşu olan Ramana kəndinin mərkəzindən gəzintimizə başlayırıq.


Ardı →

Azərbaycanın görkəmli pedaqoqlarından biri Aydın müəllimin məqaləsi

Bu bizik?.. (özümüz barədə dostuma məktub)

     Əziz dost, biz dünyanın ən böyük gölü-Xəzərin qərb sahillərində yerləşən, zəngin təbii sərvətləri, əhəmiyyətli coğrafi mövqeyi olan, Azərbaycan adlı bir ölkədə yaşayırıq. Qədim tariximiz var. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşmişik. Ərazimizdən  Şimalla Cənubu, Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolları keçir. Dünya mədəniyyətinin ən mühüm nailiyyətləri ilə hələ qədim zamanlardan tanışıq. Özgələrə münasibətdə həssas və dözümlüyük. Sağlam qidalı zəngin mətbəximiz və insanın ruhunu oxşayan gözəl musiqimiz var. Hələ qədimlərdən bir sıra sənət sahələrində ad çıxarmışıq. Dünya mədəniyyətini zənginləşdirən dahi şəxsiyyətlər yetişdirmiş, ixtira və kəşflər etmişik. Doqquz iqlim tipinə malik bərəkətli torpaqlarımız, çoxlu yeraltı və yerüstü sərvətlərimiz var. Bulaqlarımızın suyu saf və müalicəvidir. Ərazimizdə dəmir ağacından tutmuş, sabun ağacınadək demək olar ki, hər şey bitir. Azərbaycan həm də uzun ömürlü insanların yaşadığı olkədir.


Ardı →