1984

Corc Oruell təxəllüsü ilə tanınan ingilis yazıçısı Artur Erix Bleyerin “1984” romanı (orijinaldakı adı “Nineteen Eighty-Four” – “Min doqquz yüz səksən dörd”) 1949-cu ilin yayında Londonun “Secker and Warburg” nəşriyyatında çap olunmuşdur. Böyük Britaniyanın “Tayms” jurnalı əsərin ilk nəşrinin ildönümü münasibəti ilə özünün redaksiya məqaləsində “1984”ü son altmış ildə dünyanın beş qitəsində ingilis dilində yaranan ədəbiyyatın ən diqqətəlayiq nümunəsi adlandırmışdır. ABŞ-nın “Newsweek” dərgisinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri isə Corc Oruellin romanının Lev Tolstoy, Ceyms Coys, Vladimir Nabokov,Uilyam Folkner, Ralf Ellison, Virciniya Vulf, Homer, Ceyn Ostin və Dante Aligyerinin əsərləri ilə birlikdə “dünyanın on ən mühüm kitabı” sırasına daxil etməyə əsas vermişdir. Həm də “1984” bu onluqda “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutur. Müqayisə üçün deyək ki, dünyanın “yüz ən mühüm” kitabı sırasında Markesin əsərləri 17-ci, “İncil” 41-ci, Şekspir isə 49-cu yerləri bölüşmüşdülər.


Ardı →