"Bəxt üzüyü"nü kim götürmüşdü?!

  • Kino
«Bəxt üzüyü» filmi 1991-ci ildə, Azərbaycanın müstəqiliyə doğru addımladığı bir vaxtda çəkilib. Vaqif Səmədoğlunun «Bəxt üzüyü» əsəri ilk olaraq teatrda oynanılmışdı və böyük rəğbət qazanmışdı. Buna görə də əsərin film kimi də çəkilməsi qərara alındı. Film Azərbaycanın ilk kommersiya (kassa) filmidir və indiyədək hələ də ən çox insan tərəfindən kinoteatrda izlənilən film adını qoruyub saxlayır.

Davamı →

"Bəxt üzüyü" filmi | Maraqlı məqamlar

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında 1991-ci ildə çəkilib. Bəxt uzuyu filmi
Bəxt üzüyü” çəkilməzdən öncə Sumqayıt teatrında bu əsərin çox uğurlu tamaşa həlli olub. O, həmin illərin dillər əzbəri olan tamaşalarından idi. Ona film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranıb. 

Bir gün Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkmək qərarı barədə Vaqif Səmədoğluna bildirib. Bu arada aktrisa Afaq Bəşirqızı özünün baş rola çəkilməsi şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.

Film qəhrəmanlardan biri – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Burda söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadır.
Ardı →

"Bəxt üzüyü" filmi

Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş «Bəxt üzüyü» filmi 1991-ci ildə çəkilmişdir. Çoxlarının qınadığı sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır. Filmdəki hadisələr natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin tamaşaçı ilə sanki həmsöhbətmiş kimi, sadə insanların özlərinə məxsus psixologiyası, dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən kənar səmimi qəbul etməmizə imkan yaradır.
Günün reallıqları, insanların anormal sosial durumu sivil dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində yatan iblis xislətinə xəfifcə istehza, müdrik bir qınaq da var. İnsanların bir-birinə biganəliyi, XX əsrdə belə mövcud olan mövhumatçılığı (Söylünün yaxasından dua asması), savadsızlığı (Moşunun xoşbəxtlik sözünə günlərlə qafiyə axtarması), çağdaş həyat tərzini tənəzzülə aparan amil kimi filmdə tənqid atəşinə tutulur.


Ardı →