Bahadur Əliyev
“Yarım əsr “Azərbaycanfilm” kinostudiyasında çalışan aktyor Bahadur Əliyev kinonun durğunluq dövründə çox xiffət çəkib”
Yəqin ki, “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazını yaxşı xatırlayırsınız. Gəlimli-gedimli dünyanın qəribə işləri varmış: bir obrazla sənət tarixinə düşə bilmək, bir obrazla yadda qalmaq. Bu gün həmin rolu canlandıran aktyor Bahadur Əliyev aramızda olmasa da, tamaşaçılar onu Qədir obrazı ilə hər zaman yad edir, xoş xatirələrlə anırlar...
24 fevral 1933-cü ildə Masallının Sığıncaq kəndində anadan olan Bahadur Əliyev 1957-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino və dram aktyorluğu fakültəsini bitirib. O, Azərbaycan kinosu tarixində epizodik obrazları canlandıraraq tamaşaçı rəğbəti qazana bilən aktyorlardandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor filmlərdə rol almaqla yanaşı, həm də dublyaj sahəsində səmərəli fəaliyyət göstərib. Filmoqrafiyasına 80-dək ekran əsəri daxil olan aktyor bir müddət kinostudiyada dublyaj sexinin müdir müavini işləyib.
Davamı →