Bakı rus işğalı dövründə
1710-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.
Davamı →
Davamı →