Doğma Bakımızı bir də belə görək

Gecənin düşməsi ilə Bakı daha da işıqlanır. Gecə yarısı mavi Xəzərin sahilində yüzlərlə bakılı gəzir. Mərkəzdə olan hər bina təkrarolunmaz dərəcədə möhtəşəm işıqlanır. Teleqüllə isə bir-birini əvəz edən rənglərin fonunda Azərbaycanın paytaxtının möhtəşəm gözəlliyinə bir əzəmət qatır.
Ardı →

Bakı gecələri

Ələkbər Ziyatay (1913-1981)


Bakı gecələri



Aylı gecə..doğma şəhər...
ətrafına sal bir nəzər.
Yollarını nurla bəzər,
Bizim Bakı gecələri.


Əsər külək sərin-sərin,
Qucağından göy Xəzərin,
Gözəlidir gözəllərin,
Bizim Bakı gecələri.


Bə’zən sakit axarlıdır,
Bə’zən toylu-büsatlıdır.
Göy-göyərçin qanadlıdır,
Bizim Bakı gecələri.


Xoş ətirli yaza bənzər,
Yüz nəğməli saza bənzər,
Qaragözlü qıza bənzər,
Bizim Bakı gecələri.


Bə’zən sakit axarlıdır,
Bə’zən toylu-büsatlıdır,
Göy-göyərçin qanadlıdır,
Bizim Bakı gecələri...


p.s:Youtube-da bu video ilə rastlaşdım.Çox bəyəndim bu ifanı.Sizinlə də paylaşmaq istədim.Həqiqətən Azərbaycan musiqisi təkrarolunmazlığı və ecaskarlığı ilə bütün dünya musiqisindən çox fərqlənir.Əl-əxsus da belə istedadlı gənclərin ifasında.

https://www.youtube.com/watch?v=BFlzyS_RIB0


Davamı →