Balakirev Miliy

Mily BalakirevBalakirev «Qüdrətli dəstə»nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir. Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığından ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur.

Balakirev irsinin çox mühüm hissəsini simfonik əsərlər təşkil edir. Xalq mahnılarını inkişaf etdirərək o, Qlinkadan başlanan xalq-janr simfonizmini davam etdirmişdir. Bununla yanaşı Balakirev rus simfonik musiqisinin digər qolunun banisi olmuşdur.

O, rus bəstəkarları arasında ilk dəfə olaraq proqramlı əsərlər yazmağa başlamışdır. Balakirev yaradıcılığı xalq ruhu ilə zəngindir. O, demək olar ki bütün yaradıcılığı boyu xalq mahnılarına müraciət etmişdir. Onun 1858-ci ildə bəstələdiyi «3 rus mahnısının mövzusuna uvertüra» əsəri buna misal ola bilər. Bu əsər «Kamarinskaya» əsəsinin ənənələri əsasında yazılmışdır.
Davamı →