Balzam içkisi

Balzam (yunan. Balsamon – “müalicə vasitəsi”) 40-45 dərəcə sərtlikdə olan spirtli içkidir. Balzam təbii bitkilərdən, onların meyvə və köklərindən müalicə məqsədilə hazırlanan spirtli içkidir. Müalicə məqsədli balzamların hazırlanmasına XVIII əsrin ortalarından başlanılıb.

Balzamların hazırlanması bir neçə mərhələdən keçir:
1. İçkinin hazırlanması zamanı istifadə edilən hər bir məhsul ayrı-ayrılıqda 1-3 ay müddətində spirtdə saxlanılır.
2. Sonra hər bir məhsul ayrı – ayrı disstillizasiya edilir. Distillizasiya prosessi iki və ya bir mərhələli ola bilər.
3. Əldə olunan hər bir maddə bir ay boyunca saxlanılır. Bu müddət ərzində isə onun faydalılığı maksimuma qədər artır.
Davamı →