Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon – əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı – həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi.

Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında “le petit général”ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində – Balzakın ilk gənclik illəri – çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi?
Davamı →

Balzakı oxumaq niyə vacibdir?

Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir.

İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi.

Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı.
Davamı →

Balzak yaradıcılığı

Onore de Balzak (1799-1850) bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır.İlhamın,istedadın,yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o,Nizami Gəncəvi, Alicieri Dante, Vilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki,onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında  gedən mübahisələr soyumaq bilmir.Realist sənətin,dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz.
Davamı →