Bənazir Bhutto

Bənazir Bhutto (21 iyun 1953 – 27 dekabr 2007) Pakistanın tanınmış dövlət və siyasi xadimi, ölkənin keçmiş Baş Naziri olmuşdu.

Bənazir Bhutto ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələndikdən 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır.

1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Bununla yanaşı, o Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Onun ölümünə gəldikdə isə 27 dekabr 2007-ci ildə, 54 yaşında olarkən Pakistanın Ravalpindi şəhərində seçki mitingində çıxış edərkən sui-qəsd nəticəsində öldürülüb. Faciə 8 yanvar 2008-ci ildə Pakistanda parlament seçkiləri ərəfəsində baş vermişdi.
Davamı →

Tarixdə maraqlı sui-qəsdlər

Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib.


Ardı →

İslam ölkəsində qadın. Benəzir Bhutto

Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə… Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir.
Davamı →