Sevgi hekayəsi | Bernard Şou – Stella Patrik Kempbell

  • Sevgi
Düz altmış il boyunca Şou əlliyə yaxın pyes yazıb. Hələ Birinci dünya savaşınadək o, təkcə İngiltərədə deyil, həm də bütün Avropada böyük dramaturq kimi tanınırdı. Uzun illər onun sevgilisi olmuş Stella Patrik Kempbell isə dövrünün ən məşhur və heyrətamiz aktrisası kimi London səhnəsində parlayırdı. Onların macərası olduqca qəribə və müəmmalarla dolu tarixçədən ibarətdir.

Sevgililər 40 il ərzində bir-birilərinə, demək olar ki, dünyadakı bütün məsələlərə dair çoxlu məktublar yazıblar. Hər ikisinin dili məcaz və aforizmlərlə, istehza və tikanlı sözlərlə zəngin idi. Stella Bernard Şouya məktubunda deyir: “Əgər mən Sizin kimi məktub yaza bilsəydim, Cənab Tanrının özü ilə yazışardm”.

Cütlük təkcə səhnədə deyil, həyatda da rol oynayırdılar. Məhz buna görə də onların münasibətləri haqqında indiyədək vahid bir fikir yoxdur: aralarında real məhəbbət romanı yaşanıbmı, yoxsa hislərinin bütün çılğınlıqları yalnız kağız üzərindəmi qalıb?
Davamı →

Bernard Şou-dahi istehza ustası

Onu hamı tanıyır, dünyanın sonluğuna qədər hara barmağını uzatsan və onun adını çəksən üzlərdə, çöhrələrdə bir təbəssümün oyandığını görəcəksən. Yox, o, nə atom bombasını, nə də avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etməmişdi. O, hətta hansısa bir müharibədə nə qalib gələn, nə də döyüşü uduzan məşhur sərkərdə, nə də fateh deyildi. Amma onu bu gün hamı tanıyır, hətta sizin özünüz də. Bu böyük insanı çoxdan tanıyırsınız. Onun adını çəkimmi? Qoy siz deyən olsun! Bernard Şou! Gördünüzmü? Yaxşı, gülümsəməyi bir yana qoyun və adını istər-istəməz eşitdiyiniz bu dahi şəxs haqqında nələr bildiyinizi yadınıza salın. Yəqin ki, çox az şey, düzdürmü? Onda gəlin hər şeyi, hətta ən vacib işləri belə bir kənara tullayaraq tarixin səhifələrini varaqlayaq…


Ardı →

Bernard Şou

Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856 — 2 noyabr 1950) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. İrland dramaturqu və tənqidçisi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirmişdir.
Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi.


Ardı →