Arı südü nədir? Arı südünün faydaları nələr?

Dünyada artırılması ən zəhmətli, ən bahalı süd arı südüdür! Təbiətin möcüzəsi olan arı südünün faydaları saymaqla bitməz.

Arı südü tərkibində A, C, D və E vitaminlərini, B vitamin kompleksi, bir çox amin turşusu, fosfor, selenium, sink, manqan, maqnezium kimi bir çox əhəmiyyətli mineralı, müxtəlif hormon və fermentləri eyni anda saxlamaqdadır. Buna baxmayaraq, arı südünün yüzdə 3-ü qismi elm adamları tərəfindən hələ tapılmayıb. Bu kompleks quruluşuyla arı südü, immunitetdən inkişafa, sonsuzluqdan antioksidant təsirə, şəkərdən unutqanlığa qədər bir çox problemdə dəstək olaraq istifadə edilməkdədir.


Davamı →

Psixologiya haqqında bilinməyənlər

Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlayışlar ilk dəfə sistem şəklində Aristotelin “Ruh haqqında “traktatında şərh olunmuşdur. Traktatın psixologiya deyil ,”Ruh haqqında”adlandırılması təsadüfi deyil. 19-cu əsrin sonlarına qədər psixologiya elmi fəlsəfəyə, ilahiyyata aid edilmişdir. Avropa ədəbiyyatında bəzən onu mental (“mental”-latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma-yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. Azərbaycanda isə psixologiya termini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənməyə baslanmışdır.


Davamı →

Dünyanın sirli yerləri niyə "Ölüm" -lə başlayır?

Toxunma, öldürər!

Dünyanın coğrafi xəritəsində elə yerlər var ki, onların adları çəkiləndə insan vahimələnir: «ölülər təpəsi», «iblis bataqlığı», «ölüm dərəsi» və s. Bunların hər biri özündə çoxlu gizli əfsanələr saxlayır. Bu rəvayətlərdə ehtiyatsız səyyahların təsadüfi ölümləri deyil, sirli və izah edilməsi çətin olan ölümlər barədə danışılır. Mahiyyətcə bu adlar nə vaxtsa bu gün transformator qutusunun üzərində yazılmış «Toxunma, öldürər!» lövhəsi ilə eyni məqsəd daşıyıb.

Ölülər dağı

Şimali Uralda 1079 metr yüksəklikdəki zirvənin mansı dilindəki «Xolat Syaxıl» adı məhz belə tərcümə olunur. Zaman-zaman o, öz adının doğruluğunu təsdiq edib. Yerli əhalinin ən yaşlıları hələ də burada baş vermiş hadisəni danışırlar. 1959-cu il fevral ayının 2-də «Ölülər dağı»nın enişində Uraldan olan turistlər düşərgə salır. Bir neçə gün sonra onları ölü tapırlar.  Faciənin səbəbləri bu günə qədər məlum deyil. Doqquz nəfər təcrübəli yürüşçünün ölümləri ilə bağlı müxtəlif fərziyələr irəli sürülürdü — ildırım vurmasından tutmuş, UNO-ların təsirlərinə qədər.
Ardı →

Bunları bilmək maraqlıdı

Hər gün doğulan körpələrin təqribən 12-si səhvən başqa valideynə verilir.

Eynşteyn (Einstein) 9 yaşına qədər düzgün danışa bilməyib. Ailəsi onun qüsurlu olduğunu hesab edirmiş.

Dünyada adam başına 1 milyon qarışqa düşür.

Atlar bir ay qədər ayaqüstə qala bilir.

Hər insanın dilinin izi də barmaq izi kimi fərqlidir.

Dünyanın ən böyük heyvanı mavi balinadır. Eyni zamanda heyvanlar aləminin ən sürətli inkişaf edən heyvanıdır. Çəkisi 22 ayda 26 tona çatır.

Bir inək həyatı boyu təxminən 200.000 bardaq süd verir.


Ardı →