Bağdad Şəhərinin Qurulması

Əbu Cəfərin admı əbədiləşdirən hərəkətlərindən biri də onun Bağdad şəhərini tikdirməsidir. Hz. Əli Mədinəni nəzarətdə saxlaya bilmək üçün Kufəni hökumətin mərkəzi etdi. Müaviyə də Ümeyyəoğullanmn güclü olduqlan Şamdan aynlmayaraq Şamı mərkəz halına çevirdi.

Davamı →

Kiyev knyazları

Knyaz Oleqdən (879-912) sonra Kiyev taxına əvvəl knyaz İqor (912-945), onun öldürülməsindən sonra dul qalmış arvadı Olqa (945-957) oturmuşdur. Knyaginya Olqa dövləti yalnız oğlu Svyatoslav İqoroviç (957-972) həddi-büluğa çatana kimi idarə etmişdir. Ryurikin nəslindən olan Ryurikoviçlər sülaləsi XVI əsrin sonlarına kimi, yəni 7,5 yüz il Rusiyanı idarə etmişdir.

Davamı →

Bizans sivilizasiyası

Bizansın ictimai — iqtisadi inkişaf xüsusiyyətləri. Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans* və ya Vizantiya adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya, Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Davamı →

Bizans VI-XI əsrlərdə

Bizans imperiyasının güclənməsi. Bizans VI əsrdə Balkan yarımadasını, Kiçik Asiyanı, Suriyanı, Misiri, Fələstini, eləcə də Krım və Qafqazın Qara dəniz sahillərini, Ərəbistan və Şimali Afrikanın bir sıra torpaqlarını əhatə edirdi. Paytaxtı Konstantinopol keçmişdə Bizans adlanırdı. Bizans şərq ölkələri (Hindistan, Çin və s.) ilə ticarətdə varlanırdı. Burada ticarətin inkişaf etməsinə səbəb Konstantinopolun əlverişli coğrafi mövqedə yerləşməsi idi. Bu şəhər «Qızıl körpü» də adlanırdı və Avropadan Asiyaya, Aralıq dənizindən Qara dənizə gedən iki ticarət yolu üzərində yerləşirdi. Konstantinopoldan başqa burada Antioxiya, İsgəndəriyyə, Beyrut, Korinf və digər şəhərlər var idi. Onlar ticarət və sənətkarlıq mərkəzi idi.
Qərbi Avropada kənd təsərrüfatı tənəzzül etdiyi halda, Bizansda yüksək inkişaf etmişdi. Buna səbəb Bizansda iri torpaq sahibliyinə nisbətən xırda torpaq sahibliyinin inkişaf etməsi idi. Bizansda qüvvətli imperator hakimiyyəti gücünü itirməmişdi. Onun böyük ordusu, qüdrətli donanması, zəngin xəzinəsi var idi. Kəndlilərdən ağır dövlət vergisi alınırdı.
Davamı →