Ev şəraitində plastik tullantını necə benzinə çevirmək olar?

Bildiyimiz kimi plastik kütlə nəhəng müəssisələrdə təkrarən neftə çevrilir, lakin Yapon ixtiraçı eyni vəzifəni təhlükəsiz və mükəmməl yerinə yetirə bilən stolüstü cihaz inşa etmişdir.

Blest Machine adlanan bu cihaz Akinori İto tərəfindən ixtira edilmişdir. Akinori bildiri ki, bu cihazı yaratmaq fikri uşaq olarkən oynadığı sahələrin yavaş-yavaş yoxa çıxdığını görüməyi olmuşdur. Xüsusilədə Yaponiya kimi əhalisinin sayı çox, lakin ərazi qıtlığı olan bir ölkədə Akinori plastikin təkrar emal prosesini insanlar üçün daha əl çatan etmək qərarına gəlmişdir.

Cihazı işlətmədən öncə plastik tullantıları maşına daxil edib, qapağını kip şəkildə bağlamaq lazımdır. Daha sonra cihazı işə saldıqda temperatur artaraq plastik maddələrin əriməsinə, maye halına və daha sonra isə qaz halına keçməsinə səbəb olur. Yanmadan yaranan qaz borudan keçərək içi maye dolu konteynerə daxil olur. Burada qaz soyudularaq yenidən neftə çevrilir. Daha sonra alınmış neft parçalanmaq üçün yenidən qızdırlaraq benzin, dizel və kerosinə çevrilir. Bir litr benzin almaq üçün bir kiloqram plastik tullantıya ehtiyac vardır.


Ardı →