Uşaqlarda boğazgəlmə zamanı

Əgər uşağınızın boğazı tez-tez gəlirsə və badamcıqlar böyüyürsə deməli sizin uşağınızın immunteti zəifdir və boğazda infeksiya ocağı vardır. Bu zaman boğaz ətini kəsdirməyə tələsməyin. Bu resepti 15 gün edin, 1 həftə sonra boğaz şişləri keçəcək, amma immunteti yüksəltmək üçün davam edin.

Bal – 200 qram
Ud hindi tozu – 2 xörək qaşığı
Propolis – 30 qram

Balı isidin, propolisi kiçik-kiçik hissələrlə bala əlavə edib əridin, sonra oddan götürün, ud hindi tozunu əlavə edib yaxşı-yaxşı qarışdırın, qarışıqla gündə 3 dəfə hər dəfə yarım çay qaşığı ilə uşağın boğazını silin, amma badamcıqlara təzyiqlə basmayın. Daha yaxşı olar ki, xaricdən də isidilmiş qarazirə yağı ilə 5 gün kompress edəsiniz.

Fizulihuseynov.com
Davamı →

Boğaz əti

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.
Ardı →