Bobbi Fişer

Dünyada öz yaradıcılığının üstündən özü xətt çəkən bir sıra dahilər olub. Bu məşhur insanların həyatlarının müəyyən çağında atdıqları gözlənilməz addım bütün bəşəriyyəti heyətləndirib. Qoqolun öz əlyazmalarını yandırması, Şalyerin öz notlarını cırması, Fişerin şahmat tacından könüllü əl çəkməsi…  

Dünyanın ən məşhur şahmatçılarından söz düşəndə heç şübhəsiz birinci yada düşənlər sırasında Bobbi Fişer də olur. Fişeri tərkidünya dahi də adlandırırlar. Bu, onun haqqında elə-belə deyilmiş söz deyil. B.Fişerin təkliyə qapanmağa, qapalı mühitdə qalmağa, insanlarla ünsiyyətdən ifrat dərəcədə qaçmağa həvəsi o qədər böyük  olub ki, bəzən illərlə bütün dünyada axtarılmasına baxmayaraq gizlənməyi bacara bilib.
Davamı →

Robert Fişer

Heç bir dünya çempionu haqqında Robert Fişer qədər yazılmayıb. Yaxşı da yazırdılar, pis də. Onun heyrətamiz qələbələrindən və şıltaqlıqlarından yazırdılar. Lakin hər hansı bir görkəmli şahmatçını qiymətləndirmək üçün başlıca meyar onun idman nəticələridir. «Fişerin nəticələri isə çox şeydən xəbər verir:bu, misilsiz hadisədir».—A. Karpov öz sələfi haqqında 1980-ci ildə belə yazmışdır. Bəs, bu Fişer kimdir?
Robert Fişer-şahmat çemiponu,chess champion
Robert Ceyms Fişer 1943-cü il martın 9-da Çikaqoda (ABŞ); anadan olmuşdur. Onu tibb bacısı işləyən anası tərbiyə etmişdir. Bobbinin (uşaqlıqda Fişeri belə çağırırdılar) 6 yaşı tamam olanda böyük bacısı Coan ilk dəfə olaraq onu şahmatla tanış etdi. Həmin vaxtlar Bobbidən arzuladığı şey barəsində soruşanda o, belə demişdir: «Yeganə arzum şahmat oynamaqdır». Bobbi elə bil ki, şahmat üçün doğulmuşdu. Şahmata dair əlinə düşən bütün kitabları birnəfəsə oxuyur, bu qədim müdrik oyunun sirlərinə tezliklə bələd olurdu. Biləndə ki, şahmata aid ən çox kitab rus dilində nəşr edilir, o, sovet şahmat ədəbiyyatını orijinaldan oxumaq üçün müstəqil olaraq rus dilini öyrənir. Dünyanın ən güclü şahmatçılarının görüşlərini təhlil edə-edə o özü də öyrənirdi.
Davamı →