Kölgələr | Boleslav Prus

Səmada günəş şüaları sönməyə başlayan kimi yerdən alatoran qalxır. Alatoran – möhtəşəm gecə ordusunun minlərlə görünməz alayları və milyardlarla əsgərləridir. Bu nəhəng ordu dünyanın yaranışından bəri işıqla mübarizə aparır, hər səhər geri çəkilir, hər axşam qalib gəlir, günəş doğanadək hökm sürür, gündüz isə məğlubiyyətə uğrayıb gözdən iraq yerlərdə gizlənib gözləyir.

O, dağların mağaralarında, şəhərin zirzəmilərində, daha çox meşələrin və göllərin dərinliklərində gözləyir. Yaşı əsrlərlə ölçülən yeraltı mağaralarda, xəndəklərdə, evlərin küncündə, divarların çatlarında gizlənib gözləyir. O, ağac qabığının hər çatında, paltarın hər büküşündə yaşayır, ən kiçik qum dənəsinin altında uzanır, ən incə hörümçək toruna ilişir və gözləyir. Onu bir yerdən ürküdüb qovsalar, elə o dəqiqə yerini dəyişir, amma elə fürsət axtarır ki, qovulduğu o yerə yenidən qayıtsın və tutulmamış mövqeləri ələ keçirib bütün dünyanı bassın.
Davamı →