Tükənmişlik ədəbiyyatı

1967-ci ildə avanqardizmlə bağlı qarışıq hisslərimi bu essedə qaydasına saldım. Bu esse ilk dəfə “Virciniya Universiteti”ndə “Peter Ruşton Seminarları”ndakı mühazirədə oxunub, sonradan “Atlantik” jurnalında çap edilib. Onu dəfələrlə çap ediblər, “Romanın ölümü” və ya “Ədəbiyyatın qu quşu nəğməsi” kimi dəfələrlə səhv başa düşüblər. Yox, belə deyil. Onu yenidən oxuyarkən daxilindən göz yaşardıcı qazın iyini duyuram. Sətirlər arasında nümayişlərin dağıdılmasının əks-sədasını eşidirəm. Bu essedə indi məni çox narazı salan şarlatanlıq və fırıldaqçılıqla bağlı qalın qeydlər var. Amma arqumentlərimin arxasında indi də dayanıram: sənətkarlıq yaxşı şeydir, sənətkarların dünya və öz sənətləri haqqında hiss etdikləri o qədər də vacib deyil. Vacib olan onların bu hisslərlə nə etdikləridir.

Davamı →

Aravuran qadın | Borxes

Bu hekayəni 1880-ci ildə böyük qardaşı Kristiyanın öldüyü gecə Moron məhələsindəki evlərində Nilsenlərin ən kiçiyi olan Edvard danışıb deyirlər. Əslində bu mənə o qədər də inandırıcı gəlmir, amma fakt budur ki həmin o bitmək bilməyən, uzun gecədə səhərə qədər çay fincanları dolub-boşalarkən kimsə kiməsə bu hekayəni danışıb və o eşidən adam da sonra bunu Santiyaqoya nağıl edib. Mən özüm bu hekayəni Santiyaqodan eşitmişdim yəni.

İllər sonra hadisə baş verən həmin yerdə, yəni, Turderdə bu hekayəni yenidən eşitdim. Bu ikinci variant əvvəlkindən bir qədər uzun olsa da Santiyaqonun danışdığı ilə çox bənzər idi. İndi mən sizə bu hekayəni olduğu kimi nəql etmək istəyirəm amma təbii ki, yaradıcı təxəyyülümün tələbi ilə bəzi nöqtələri bir qədər qabartmağa, bir-iki detal əlavə etməyə çalışacam.
Davamı →

Həyat – Allahın gördüyü yuxudur

Bir çox mükafatların sahibi, şair, yazıçı, publisist və filosof Xorxe Luis Borxes həyatının ikinci yarısında dünya işığından məhrum olsa da, bu görmə qüsuru ona dünyanı və insan ruhunu anlamağa mane olmayıb.

Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim.

Bir-biri ilə sağollaşmaq – ayrılığı qəbul etməmək və bu fikri düşünməkdir: bu gün biz sadəcə ayrılıq rolunu ifa edirik, sabah isə yenidən görüşəcəyik.

Mənim sənə məsləhətim: insanlar nə deyər və artıq səni istəməyən qadın üçün çıxmaz küçəyə girmə.

Həqiqət bundadır ki, yaxın və həqiqətən sevdiyimiz insanlardan başqa heç kəs bizi incidə bilməz.

Davamı →

"Alef" | Xorxe Luuis Borxes

Sevgilim Estela Kantoya ithaf edirəm
        (X. L. Borxes)

“Aman tanrım, mən qoz qabığına qapanıb, özümü hüdudsuz dünyanın hökmdarı sanardım…”
Hamlet, II, 2

“Onlarsa bizə öyrətmək istəyirlər ki, əbədiyyət donmuş bu günümüzdür. Məktəblərdə (indicə donmuşluğu) Nunc-stans termini ilə ifadə edirlər. Həm məktəblilərin özləri üçün, həm də digərləri üçün çox da aydın olmayan bu terminin əvəzinə, dünyanın hüdudsuzluğunu Hic-stans (burada donmuş) sözüylə ifadə etsəydilər, daha anlaşıqlı olardı.”
Leviafan IV, 46

Beatirs Viterbo ölən gün, qızmar fevral səhəriydi. Xeyli müddət canıyla əlləşmişdi, bir an belə duyğusallığa qapılmazdı, qorxuya yenməzdi, səhhətindən gileylənməzdi. Həmən gün Konstitusiya meydanında, metal reklam lövhələrdə yüngül siqaretlərin yeni reklamını gördüm. Kədərləndim. Bu bezməyən, usanmayan, yorulmaq nədir bilməyən geniş dünyanın Beatris Viterbo ilə vidalaşdığını və bu dəyişikliyin sonsuz sırada yalnız birinci olduğunu anladım.
Ardı →