Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı.
Davamı →