Göy Oğlu - Bozqurd

Türklüyün simvolu olan bozqurdlar qurdların bir növüdür. Bu canlılar, ümumiyyətlə, ev heyvanlarından adətən qoyunlara, mallara və atlara tələ «qururlar» və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.

Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar.Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.

Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var.


Ardı →