Bud­da ayə­lə­ri

Bud­diz­min mü­qəd­dəs ki­ta­bı «Ti­pi­ta­ka» ("Üç sə­bət (qa­nun)") era­dan 80 il ön­cə Sey­lon­da ya­zı­lıb, an­caq onun ya­ran­ma ta­ri­xi xey­li əv­və­lə, e.ə. VI əs­rə və son­ra­kı yü­zil­lə­rə ge­dib çı­xır. «Ti­pi­ta­ka» üç böl­mə­yə ay­rı­lır: «Vi­na­ya-pi­ta­ki» ("Öyüd-nə­si­hət sə­bə­ti"), «Sut­ta-pi­ta­ki» («Mətn­lər sə­bə­ti»), bir də «Ab­hid­ham­ma-pi­ta­ki» (Müd­rik­lik sə­bə­ti). Hər böl­mə öz­lü­yün­də his­sə­lə­rə, ki­tab­la­ra, fə­sil­lə­rə və s. bö­lü­nür. Ay­rı-ay­rı bud­dizm mətn­lə­ri gü­nü­mü­zə bir çox dil­lər­də, o cüm­lə­dən sans­krit di­lin­də gə­lib ça­tıb, an­caq «Ti­pi­ta­ka»nın bü­töv ver­si­ya­sı pa­li di­lin­də qo­ru­nub-sax­la­nıb. Ümu­mi­lik­də «Ti­pi­ta­ka» bir çox üs­lub­la­rı, for­ma­la­rı, janr­la­rı özün­də bir­ləş­di­rən ki­tab­dı. Onun bir sı­ra böl­mə­lə­ri, fə­sil­lə­ri bə­dii key­fiy­yət­lə­ri­nə gö­rə dün­ya ədə­biy­ya­tı­nın qı­zıl fon­du­na da­xil olub.

Bu ba­xım­dan ikin­ci böl­mə – «Sut­ta-pi­ta­ki» ay­rı­ca se­çi­lir. Onun mət­ni həm şer, həm də nəsr­lə ya­zı­lıb. Öz­lü­yün­də «Sut­ta-pi­ta­ki»nin ən güc­lü ye­ri isə be­şin­ci his­sə – «Khud­da­ka-ni­ka­ya» («Qı­sa tə­lim­lər top­lu­su») he­sab olu­nur. Bu his­sə­yə bud­dist ədə­biy­ya­tın şe­devr­lə­ri sa­yı­lan «Dham­ma­pa­da» («Yax­şı­lıq yo­lu»), «Sut­ta-ni­pa­ta» («Mətn­lə­rin ki­çik top­lu­su»), «The­ra-qat­ha» və «The­ri-qat­ha» («Ra­hib və ra­hi­bə­lə­rin nəğ­mə­lə­ri»), «Ca­ta­ki» (Bud­da­nın əv­vəl­ki do­ğu­luş­la­rı­nın ta­ri­xi) və baş­qa ki­tab­lar da­xil­di. Bud­diz­min baş­lı­ca əx­la­qi prin­sip­lə­ri «Dham­ma­pa­da»ya yı­ğı­lıb. Ənə­nə­yə gö­rə, bu de­yim­lə­rin ha­mı­sı Bud­da­ya məx­sus he­sab edi­lir. 26 fə­sil və 423 ayə­dən iba­rət «Dham­ma­pa­da» əsr­lər uzu­nu bir çox Asi­ya dil­lə­ri­nə çev­ri­lib, bə­zi öl­kə­lər­də bud­diz­mi qə­bul edən­lər üçün dərs­lik ki­mi is­ti­fa­də olu­nub, əz­bər öy­rə­ni­lib.

Davamı →

Budda dənizinin sahilləri yoxdur

Kiməsə yol gostərməmişdən əvvəl oz gedəcəyin yolu oyrən.Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur.

İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.

Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.

Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.

Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.

Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.


Ardı →