Hansı bürc necə ana olur?

Qoç — Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq.
Buğa — Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək.
Əkizlər — Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq

Davamı →

Hansı bürcdən olan kişi daha sədaqətlidir?

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır.
Qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırdıq. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib.

Davamı →

Hansı bürc hansı bürclə ailə qurmalıdır

Buğa + Xərçəng. Bu ittifaqın ahəngdarlığı ümumi maraqlara, hər şeydən əvvəl də ailə ocağına, uşaqlara bağlılığa əsaslanıb. Lakin hər bir ailədə vaxtaşırı söz-söhbət, anlaşılmazlıqlar olur. Beləliklə, qarşılıqlı məhəbbət və hörmətə baxmayaraq, həm ər, həm də arvad tərəfindən xəyanət gözləmək mümkündür. Belə xəyanətdə müsbət cəhətlər də var, çünki qəribə də olsa, xəyanət ittifaqı möhkəmləndirir. Necə deyərlər, hər şey müqayisədə tanınır. Ailədən kənarda əlaqəsi olan hər bir kəs öz həyat yoldaşında bu vaxta qədər bilmədiyi saysız müxtəlif keyfiyyətlər tapır. Ən əsası isə hər ikisinə aydın olur ki, ev elə bir qaladır ki, orda səni həmişə düzgün başa düşər və bağışlayarlar.
Davamı →

2020-ci ildə hansı bürclərin bəxti açılacaq və kimlər varlanacaq?

Rusiyalı münəccim Pavel Qlobanın 2020-ci il üçün hazırladığı astroloji proqnozla tanış edirik. Münəccim bürcləri hansı sınaqlar gözlədiyini bilir. O, il boyu bir çox sahələrdə uğur qazanacaq üç bürc işarəsini də müəyyənləşdirib. Buna baxmayaraq, astroloq gələn ilin hamının yaddaşında uzun müddət qalacaq maraqlı hadisələrlə dolu olacağına əmindir. Bununla birlikdə, Siçan ilində enerjisi, qətiyyəti və əzmkarlığı ilə fərqlənən bürclər daha çox uğura nail olacaq. Bu bürclər şübhəsiz ki, qarşıdakı ildə hədəflərinə çatacaq. Odur ki, Pavel Qloba 2020-ci ildə tənbəllik etməməyi, daha aktiv olmağı, karyera pillələrini qalxmağı və rifahınızı yaxşılaşdırmaq üçün hər gündən istifadə etməyi tövsiyə edir. Siçan zəhməti yüksək qiymətləndirəcək və əvvəllər arzuladığınız nəticələrə nail olmağa kömək edəcək.
Davamı →

Bürcünüz karyeranıza təsir edirmi?

Öz işinizi sevmədiyinizi hiss edirsiniz? Bu o deməkdir ki, siz öz bürcünüzə uyğun olmayan bir sahədə işləyirsiniz. Bu səbəbdən də nə qədər çalışsanız, yüksəlmək istəsəniz də işə olan istəksizliyiniz sizə mane olacaq. Siz və sizinlə eyni düşünənləri ideal karyeralarına qovuşdurmaq üçün astroloq Kelli Fox bürcünüzə uyğun peşə seçməyinizə kömək edəcək. Heç nə üçün hələ də gec deyil:

Qoç bürcü (21 MART — 19 APREL)
Qoç bürcündə doğulan insanlar hər zaman lider olmağı sevirlər. Bu səbəbdən də onlar kiminsə tabeliyində işləməkdən, idarə edilməkdən narahat olurlar və qısa müddət ərzində istədikləri mövqedə ola bilirlər. Cəsur olduqları üçün cəsarət tələb edən hər işin öhdəsindən asanlıqla gəlirlər. Tur rəhbəri, şəxsi məşqçi, atlet ya da hər hansı bir idman qurumunda işləməklə çox xoşbəxt və uğurlu ola bilərlər. Həmçinin atdıqları hər addımda zirvəyə daha da yaxınlaşırlar və nəzarət etməyi sevdikləri üçün rəhbərliyi öz əllərində olan işlərdə daha çox uğur qazanırlar.
Davamı →

İdeal qadın bürcləri

Evlilik təklifi edəcək kişi seçiminin nə qədər uğurlu olacağını bilmək istəyirsə, mütləq sevdiyi qadının bürcü ilə maraqlanmalıdır. Çünki bəzən bürclər insan haqqında sezə bilmədiyimiz ən doğru məlumatları verə bilər. Əgər hələ də seçim etməmisinizsə, bürclərə görə evləniləcək ən yaxşı qadınları siz də tanıyın. Bəlkə seçiminizi elə bu üç bürc altında doğulan qadında etdiniz.

Kraliça Xərçəng (22 iyun- 22 iyul)
Bu bürc altında doğulan qadınlar sevgilisinə qarşı güclü emosionallıq duyurlar. Onlar sevdiyi insana görə hər şeyə hazır olurlar. Əgər siz bu bürc altında doğulan qadınla evlilik düşünürsünüzsə, seçiminiz doğrudur. Çünki bu qadın sizin xoşbəxtliyiniz üçün hər şey edəcək. Digər tərəfdən bu qadınlar önəmi olmayan bir çox şeyi dramatikləşdirə və lazım olmayan hadisələrlə bağlı həddindən artıq həyəcan keçirə bilərlər. Ümumiyyətlə, xərçəng qadınlar evdə rahatlıq yaratmağı bacarırlar. Bundan başqa onlar çox yaxşı aşpaz, övladlarına isə yaxşı anadırlar. Bu qadınlar aşiq olduğu insandan düzgünlük və mehribanlıq gözləyir.
Davamı →