İnsan həyatında qida məhsulları

Bütün həyatı boyu insan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. İnsan orqanizminin həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.
Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizm ona lazım olan maddələri almır və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir.
Davamı →

C vitaminin orqanizimdə əhəmiyyəti

C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.

C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumillikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji proseslərdə iştirak edir:

— zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;

— foil turşusu və dəmir mikroelementin mübadiləsində iştirak edir;

— kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;

— immun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır. Virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir. İmmuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır.

— kollagen zülalın sintezində iştirak edir. Bu zülal orqanizmdə ən tez-tez təsadüf edilən birləşdirici toxumasını əmələ gətirir;


Ardı →