İranlı rejissorun çəkə bilmədiyi filmi

  • Kino

İranlı rejissor Cəfər Pənahinin “Bu bir film deyil” adlı sənədli filmini izlədim. 75 dəqiqəlik filmdə İran rejimi tərəfindən siyasi səbəblərə görə həbsolunan Pənahinin həbs olunmadan öncəki bir günü anladılır.

Pənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırılır. Çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Məhkəmə ərəfəsinin olduğu günlərdə Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən  danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.

Dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və: “bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki?” — deyib dayanır.


Ardı →