Mahir diplomat Cavanşir

Uşaqdan böyüyə hər kəsin tanıdığı qəhrəman – Cavanşir.Cavanşir
Azərbaycan Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.

O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur. VII yüzilliyin birinci yarısında saysız-hesabsız ərəb qoşunları yenicə yaranmış Islam dininin bayrağı altında Şimala və Qərbə tərəf yürüşlər etməyə başladılar. Elə ilk yürüşlər ərəblərin ən yaxın qonşusu — nəhəng İran dövləti lərzəyə saldı. Beləliklə, İran hələ təzə-təzə dirçələn ərəbistanla vuruşa başladı.

Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi, Girdman çayının sahillərində yerləşən eyniadlı feodal vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu Cavanşir Sasanilərlə birgə döyüşə girir. 633-cü ildə Sasani dövlətinə ərəblərin hücumu başlayır. 300 min nəfərlik qoşunla qalib olan Cavanşirə aydın olur ki, Sasani dövləti artıq süquta uğramışdır və öz ölkəsinə qayıtmağı qərarı alır. Ərəblərə qarşı döyüşlərdə Cavanşir döyüşlərdə fərqliliyinə görə İran hökmdarı III Yezdəgird tərəfindən yüksək mükafatlarla təltif etmişdir, başına qızıl tac qoymuşdu.
Ardı →

Azərbaycan Sasanilər və ərəb istilasi dövründə

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.


Ardı →