Dünyanı sarsıdan epidemiyalar haqqında 5 məşhur əsər

Covanni Bokkaçço. “Dekameron”

İtalyan yazıçı və şair Covanni Bokkaçço 1313-cü il iyunun 16-da Florensiyada anadan olub. 1326-cı ildə atası bank müdiri təyin olunanda Bokkaçço ailəsi ilə birlikdə Neapola köçür və yaradıcılığa da orda başlayıb.
Yunanca ongünlük adlanan «Dekameron» Covanninin şah əsəri hesab olunur. Roman bir-birindən fərqli 100 novelladan ibarətdir. Ehtimal olunur ki, Bokkaçço “Dekameron”u 1348-ci ildə İtaliyada yayılan epidemiyadan sonra yazmağa başlamış və 1353-cü ildə tamamlamışdır.
İtaliyada qara ölüm adlanan epidemiyanın hökm sürdüyü dövrlərdə yeddi gənc xanım və üç cavan oğlandan ibarət gənclər qrupu xəstəlikdən qaçaraq, iki həftə müddətinə şəhər kənarında yerləşən bir villada məskunlaşırlar. Həmin iki həftə ərzində hər gün on nəfərin hər biri bir hekayə danışır.

Davamı →

Məşhur yazıçıların qəribəlikləri

1.Fridrix Şiller
Dövrünün ən böyük şairlərindən olan Şiller yazı yazarkən mütləq masasının üstündə çürük alma olmalı idi.Alma qoxusunun onu başqa aləmə apardığını, özünü təbiətin qoynunda hiss etdirdiyini deyirdi. Masa üstündə milçəklər vızıldaşan çürük bir alma və oturub şeir yazan bir şair. Təsəvvür edə bilirsiniz?

Davamı →

Cek London kim idi

İstəyirəm ki, ölüm məni haqlayanda əlinə heç nə keçməsin — axırıncı fikir də, axırıncı mis pul da xərclənib qurtarmış olsun...
Qəhrəmanımın həyat və yaradıcılığını bir cümlə ilə ifadə etmək olar: həyatın dibindən onun zirvəsinə doğru, bütün maneələrə və məhrumiyyətlərə baxmayaraq, şanlı bir yürüş…
Bəli, özündə olan gücü, enerjini, istedadı və nəhayət, böyük iş qabiliyyətini səfərbər edib bir istiqamətə yönəltməyə nail olan Cek London dünyada ancaq nəhənglərin qadir ola biləcəyi bir uğur qazandı: həyatın aclıq və kasıblıq dolu dibindən onun şöhrət zirvəsinə yüksəldi. Buna cəmi bir neçə il vaxt lazım gəldi.

Davamı →

Cek London

1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı.

Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat universitetindən danışırdı.

Cek London Alyaskada varlanmadı, amma oxucularını Şimal ilə tanış edən çox qiymətli material topladı. Ağacdan tikilmiş, buz bağlamış yaşayış yerləri, qırx dərəcə şaxta, bitib qurtarmayan qütb gecələri, güclünün qalib gəldiyi münaqişələr, ölüm riski ilə müşayiət olunan həyat. Yazıçının “Şimal hekayələri”nin qəhrəmanları — ağdərili qızılaxtaranlar və yerli hindilər belə şəraitdə yaşayırdılar.
Davamı →

Ay üzlü | Cek London

Ölümcül antipatiya haqqında hekayə
Con Kleverhauz ay üzlü adam idi. Bu cür adamların necə olduğunu bilirsiniz: onların almacıq sümükləri bir-birindən aralı olur, çənə ilə alın yumru sifəti tamamlamaq üçün yanaqlara doğru əriyir, yoğun burnu isə tavana yapışmış kündə kimi sifətin lap ortasında yastılanıb qalır. Ola bilsin ki, mən məhz buna görə ona nifrət edirdim, düzünü desəm, onun varlığı mənimçün kabusa çevrilmişdi və mən inanırdım ki, onun varlığı kainatı ağırlaşdırır. Ola bilsin ki, mənim anam da ay mövhumu idi. Amma aya düzgün olmayan vaxtda, səhv çiyin üzərində baxan ayın təzahürü.

Bəlkə də buna görə, Con Kleverhauza nifrət edirdim. O, mənə qarşı cəmiyyətdə hamının pis və ya yaxşı hesab etdiyi heç bir şey etməmişdi. Tamam başqa şey idi bu. Bu pislik elə dərin, elə incə, elə ikimənalı, elə sezilməyən bir şey idi ki, bunu sözlərlə dəqiq ifadə eləmək mümkünsüzdür. Bizim hamımızın həyatında nə vaxtsa belə şeylər olur. Bəzən biz kimləsə ilk dəfə qarşılaşanda öz-özümüzə düşünürük ki, kaş belə bir insan heç olmayaydı və elə ilk andaca deyirik: “bu adam mənim xoşuma gəlmədi”. O niyə bizim xoşumuza gəlmədi? Biz bilmirik niyə, biz ancaq onu bilirik ki, xoşumuza gəlmədi. Bizim ondan zəhləmiz gedir, bu qədər. Və Con Kleverhauzla məndə də belə oldu.
Davamı →

Cek London

Faktlar:
— Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olub. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

— Cek London məktəb illərində qəzet satıb, 14 yaşında isə konserv fabrikində işləyib. Qadağan edilməsinə baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olub. 1893-cü ildə Yaponiya sahillərinə və Berinqə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri onda olduqca böyük təəssüratlar oyatmaqla gələcək yaradıcılığına böyük təsir göstərib.

— Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrıların dözülməz həddə çatdığı günlərin birində çoxlu ağrıkəsici qəbul edir. Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

— Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilib.

— Cek London 1897-ci ilin yazında minlərlə amerikalı kimi «qızıl qızdırmasına» «yoluxub» və Alyaskaya gedib. Qızıl tapa bilməyib kor-peşman geri qayıdıb. Amma bu səfər onun yaradıcılığına ciddi təsir edib.

— Yazıçı Rus-Yapon müharibəsində və Meksikadakı vətəndaş müharibəsində muxbir kimi fəaliyyət göstərib.


Ardı →

Dönük | Cek London

İlahi, səhər oldu, işimə gedirəm mən;
Əl-qoluma güc-qüvvət, işimə fərəc ver sən.
Əcəlim yetişibsə, budur səndən xahişim:
Bir az aman ver mənə, qoy başa çatsın işim.
Amin!
—Bu saatca dur, Conni, yoxsa yemək vermərəm!
Bu hədə oğlana təsir etmədi. Xəyalpərvər bir adam öz xəyallarından necə möhkəm yapışarsa, o da şirin yuxusundan eləcə yapışıb inadla ayılmaq istəmirdi. Onun əlləri düyünlənib havaya zəif, adda-budda yum- ruqlar vurdu. Bu yumruqları guya anasına vurmaq istəyirdi, amma anası vərdiş etdiyi bir çevikliklə bu zərbələrdən qaçınaraq, onun çiynindən yapışıb möhkəmcə silkələdi.
—Di yaxşı, dəlilik eləmə!
Davamı →

Anna Stranski I Cek London

Əzizim Anna:

Mən demişdim, insanları tiplərə bölmək olar? Əgər demişdimsə icazə ver dəqiqləşdirim — hamısını yox. Sən şübhələnirsən, mən səni heç bir tipə aid edə bilmərəm, səni sınaya bilmərəm. Mən fəxr edirəm ki, 10 insandan 9-nun davranışını qabaqcadan müəyyən edə bilirəm. Sözlərə və davranışlara görə mən 10 insandan 9-nun ürək döyüntülərinin ritmini müəyyənləşdirə bilərəm. Amma onuncusu mənim üçün bir müəmmadır, ümidsiz bir haldayam, çünki bu məni aşan bir şeydir. Bu onuncu məhz sənsən.Elə bir şey olubmu ki, iki sakit ruh, bir-birindən belə fərqlənən, bir-birinə belə yaraşırlar? Əlbəttə, biz çox vaxt eyni tərzdə düşünürük, lakin hətta fərqli hisslər keçirərkən belə bir-birimizi başa düşürük, hərçənd bizim ortaq dilimiz yoxdur.

Ardı →

Cek London-Martin İden

Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.
Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır.
Ardı →