Cemal Süreyanın söz xəzinəsindən

Cemal Sureya — Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı.

— Uşaq vaxtı anama qəbirstanlıqdan qorxuram deyəndə, “ölüdən deyil, diridən qorx”- demişdi. Zamanla anladım ki, anam yenə haqlı imış.

— Bir kağıza “sənsizlik” yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki “sənsizlik” sözü belə “sən”lə başlayır.

— Əvvəl sevgiliniz tərk edər sizi, sonra yuxunuz. Sonra nə sevdiyiniz geri gələr, nə də yuxunuz.

— Anasından şillə yediyi halda yenə “Ana”-deyə ağlayan bir uşaqdır EŞQ.

— İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular.
Ardı →

On üç günün məktubları | Cemal Süreya

  • Sevgi

Sənlə rastlaşdıgım gun susuz, yalnız idim. Gozlərini bir nəfəsə cəkdim icimə.Cemal Süreya ciddi bir əməliyyat üçün xəstəxanada yatan həyat yoldaşı Zuhal Akkanata xəstəxanada olduğu 13 gün müddətində hər gün məktub yazır. 1972-ci il 12-24 iyul tarixlərində qələmə alınan 13 məktubu 1990-cı ildə Cemal Süreyanın ölümündən qısa bir müddət sonra yoldaşı Zuhal Akkanat nəşriyyatlardan birinə təqdim etmişdi. Məktublar elə həmin il çap olunub.

Məktublardan seçilmiş hissələr:

1. Zuhalım, həyat! Həyatımsan. Bunu bilməyini istəyirəm.

2. Kafenin qabağından maşınlar keçir. Bir dənə də at arabası. Səni düşünəndə o atı da sevirəm. Çay içirəm. Bundan belə cökə çay içəcəm. Evimizin qabağında bir cökə ağacı olsaydı kaş. Sən dibçəkdə də yetişdirə bilərsən. Gecə yatağımızda Memoyla (oğlu) elə hey səndən danışdıq. Susanda səninlə susduq. Yatanda səninlə yatdıq.

3. Hər şeyimi sənə borcluyam. Səninlə rastlaşdığım vaxtlarda çökmüşdüm. Sən məni təmir etdin. Əlimdən tutub ayağa qaldırdın. Mən də çörək kimi, bərəkət kimi öpüb alnıma qoydum səni, müqəddəs bildim.

4. Bir dəfə Qarsa getmişdim. Dəlicə çayı yaman gur axırdı. Ağlımda heç bir şey yox idi. Çünki o vaxtlar hələ səninlə rastlaşmamışdım. Sonra sən gəldin. Ətrafımı gözəlləşdirdin. Məni mən elədin. Memonu bəxş elədin. Sən də bizimlə yaşadın hər zaman, bunu unutma.


Ardı →

Fotoğraf | Cemal Süreya

Dayanacaqda üç nəfər.Cemal Sureya
Kişi, qadın və uşaq.

Kişinin əlləri ciblərində.
Qadın uşağın əlini tutmuş.

kişi hüzünlü... 
Hüzünlü mahnılar kimi hüznlü.

qadın gözəl...
Gözəl xatirələr kimi gözəl.

uşaq...
Gözəl xatirələr kimi hüznlü,
Hüzünlü mahnılar kimi gözəl. 
Davamı →