Charlize Theron

Charlize TheronHollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir.

6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtalyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda «Joffrey» adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas olma xəyallarının üstündən xətt çəkir.
Ardı →