Çak PALANİK. Döyüş Klubu (Fight Club).

...və Tayler mənə dedi, “İstəyirəm ki məni bacardığın qədər möhkəm vurasan”.
 Cover
Talyer mənə ofisiant işi tapır, bundan sonra isə Tayler tapançanı mənim ağzıma salaraq deyir ki, əbədi həyata qədəm qoymaq üçün mən ölməliyəm. Tayler və mən uzun müddət dost olmuşuq. İnsanlar həmişə soruşurdular, mən Tayler Dördeni tanıyırammı?
Davamı →

Çak Palanikdən yazmaq haqqında 12 qanun

1. Bişirmə saatınızı tənzimləyin: İki il əvvəl bu sınaqların ilkini yazdığımda bu sınaq mənim yazarlığımın “bişirmə saatım” haqqında idi. Bu sınağı heç bir zaman görə bilmədiniz, amma metodum budur: Yazmaq istədiyiniz zaman bir bişirmə saatını bir saatlıq zaman hissəsinə (diliminə) tənzimləyin (və ya yarım saat da ola bilər) və vaxt bitənə qədər oturub yazın.
Chuck Palahniuk
Əgər yazmağa hələ də nifrət edirsinizsə, sonrakı bir saat üçün azadsınız. Amma normalda xəbərdarlıq siqnalı (alarm) başladığı zaman özünüzü gördüyünüz işə adaptasiya olmuş görəcəksiniz. Bunu edərkən çox zövq alacaqsınız və yazmağa davam edəcəksiniz. Bişirmə saatı yerinə paltar və ya qurutma maşınına paltar atıb bunu özünüz üçün bir zamanlayıcı olaraq tənzimləyə bilərsiniz.

Dönüşümlü olaraq fərqli işlər görməyiniz məsələn, camaşırxanada axmaqcasına işləmək və ya qabyuyan olmağınız sizə hadisələri qurmaqda lazımlı yeni fikirləri, mənaları, fərqli qavrama yollarını yaradacaq parçalar verəcəkdir. Əgər hekayədə növbədəki hadisəni bilmirsinizsə, tualetinizi təmizləyin. Yataq örtüyünü dəyişdirin. Allah eşqinə, kompyuterinizin tozunu alın. Ağlınıza mütləq daha yaxşı bir fikir gələcəkdir.

2. Fərqli hekayə formalarından istifadə edin: İzləyiciləriniz təxmin edə biləcəyinizdən daha ağıllıdırlar. Fərqli zamanlama və hekayə formalarından istifadə etməkdən çəkinməyin. Mənim şəxsi nəzəriyyəmə görə, gənc oxucular bir çox kitabı əvvəlkilərdən axmaq olduqlarına görə deyil, tam əksinə, günümüzün oxucuları daha ağıllı olduğu üçün kiçik hesab edirlər (gözlərində kiçildirlər). Filmlər hekayə izahı haqqında bizi öyrətdi və buna görə də izləyicinizi təəccübləndirmək təxmin edə bilməyəciyiniz qədər çətin bir hal aldı.
Ardı →