Baltalı Hano kim olub?

  • Qadın
Osmanlı dövründə insanları qorxuya salan bir qadın var idi. Baltalı Hano adlı bu qorxulu qadın, İstanbulun kənar məhəllələrində yaşayırdı.
Hələ Baltalı Hano adını almazdan əvvəl, gəlin baxaq Baltalı Hano yəni əsl adı Hanzadə olan bu qadın kim olub.
1800-cü illərdə yaşadığı təxmin edilən, kasıb ailədə doğulan sakit bir qız olaraq bilinən Hanzadə adlı bu xanım varlı bir kişinin ona elçi düşməsiylə daha yaxşı həyata qovuşur. Amma həyat onu hələ çox sınağa çəkəcəkdi.
Oğlunun 6 yaşı olanda, Hanzadənin həyat yoldaşı dünyasını dəyişir. Və onun bütün malı-dövləti qalır Hanzadəyə.
Varlı, tək uşaqlı və dul bir qadınla evlənmək istəyənlər gündən-günə artırdı. Hanzadəyə elçi düşənlərin əksəriyyəti qoçular olur və o da seçimini Solçu Liqor (Solak Ligor) adlı bir qoçudan yana edir.
Hanzadə bu qoçuyla uzun illər birgə yaşadı və zamanla özü də qoçuluq etməyə başladı.
Bəs bir qadın necə amansız qatilə çevrilə bilər ? 

Davamı →

Faustus Hüquqi Xidmətlər Mərkəzin fəaliyyət istiqamətləri

     “Faustus Hüquqi Xidmətlər Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti 1 dekabr 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

          Öncəliklə bildirək ki, bütün hüquq sahələri  (mülki, cinayət, inzibati və iqtisadi) üzrə xidmət göstərən bu mərkəz bizə edilən çoxsaylı müraciətlər əsasında açılmışdır.İnsanların daha mükəmməl hüquqi müdafiə olunma zərurətindən təsis edilən mərkəz qarşısına peşəkar hüquqi müdafiə yolunu qoyaraq milli və beynəlxalq qanunvericiliyin imkan yaratdığı həddə insanların hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir.

          Eyni zamanda bildirək ki, mərkəz fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə yanaşı hüquqi maarifləndirmə yolunu da seçərək cəmiyyətimizə öz töhfəsini verməkdədir. Belə ki, mərkəzə məxsus sayt yaradılaraq, sosial şəbəkələr səhifələri təsis edilərək və Faustus TV YouTube kanalı ərsəyə gətirilərək cəmiyyətimizi marağlandıran, aktual hüquqi informasiyalar haqqında mütəmadi məlumatlar yayımlayır.

         Xidmətlərimiz və yuxarıda qeyd olunan digər məlumatlar barədə daha ətraflı məlumat almaq üçün Mərkəzə məxsus sayta daxil ola bilərsiniz və sizi marağlandıran məsələlər barədə onlayn müraciət və sual-cavab bölümü vasitəsi ilə bizə müraciət edə bilərsiniz.


Ardı →

Tarixin ən yaşlı silsilə qatili - Albert Fiş

Albert Hamilton Fiş  tarixin ən amansız silsilə qalillərindən biridir. O, 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. Fiş sadəcə silsilə qətillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən  qatil kimi adını tarixə yazmışdır. Onun həyatı Hollivud istehsalı olan bir sıra filmə ilham qaynağı olmuşdur. Bu filmlərdən ən məşhuru “Quzuların Səssizliyi” -“The Silence of The Lambs” adlı filmdir. “Boz Adam”, “Bruklin Qaniçəni”  və “Xortdan” ləqəbləri ilə  tanınan Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur və dünyada yaşamış silsilə qatillərin ən yaşlısı hesab olunur.Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur.

Albert Fiş yaşlı cavan ayırımı etmədən bir sıra qanlı cinayət törətmiş və qurbanlarının bir çoxunun da ətini yemişdir. 1875-ci ildə atasının ölümündən sonra uşaqevinə düşən Albert Fiş bu həyata ayaq uydura bilmədi ruhi olaraq çöküntüyə məruz qaldı. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrildi və şizofren davranışlar sərgiləməyə başladı. Orta məktəb və lisey illərində homoseksual xarakterli davranışlarına görə yoldaşları tərəfindən lağa qoyuldu. Lisey dövründə Fişdə ciddi şiddət meylləri ortaya çıxdı. Səbəbli, səbəbsiz bir çox adama fiziki olaraq zərər verməyə başladı. İlk cinayətini 1910-cu ildə həyata keçirdi.

 Daha sonralar uşaqları özünə qurban seçdi. Xüsusilə, kiçik qız uşaqlarına etdikləri insanın qanını dondururdu. O, kiçik qızlara işgəncə edir, təcavüz edir və ən sonunda öldürürdü. Qurbanları acı çəkərkən o bu vəziyyətdən zövq alırdı. Bunları tanrı üçün etdiyini dilə gətirən Fiş tanrı tərəfindən seçildiyinə  və bu qızların tanrıya verilən qurbanlar olduğunu inanırdı. 1920-ci ilə qədər 15 cinayət  törətdiyi güman edilir.


Ardı →

Cinayətdə iştirakçılıq

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.


Ardı →

Əməlin cinayət olmasını aradan qaldıran hallar

Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai — təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.


Ardı →

Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti

Qüvvədə olan cinayət qanunvericiliyi (CM. Maddələr 84-92) yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir.
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:


Ardı →

Cinayət məsuliyyəti

Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir.
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi ilə başa çatır.
Cinayət məsuliyyəti cinayət — hüquq münasibətləri çərçivəsində həyata keçirilir (əmələ gəlir, reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri — cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından əmələ gəlir. Məhz bu andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət məsuliyyətini təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır. Bununla belə, təqsirli şəxslərə cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə konkret təyin edilməsi onun vəzifəsidir. Öz növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır.


Ardı →

Cinayət qanunu və cinayət anlayışı

Cinayət qanunu — Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən qəbul edilən — cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı əməllərin cinayət olduğunu və belə əməlləri törətmədə təqsiri olan şəxslər barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.1
Cinayət hüququnun xüsusiyyətləri ondan ibarətdir ki, yalnız cinayət qanunu cinayət hüquq normalarını: əməli cinayət və cəzalanmalı olması, cinayət məsuliyyətinin əsasları, cəzanın sistemi, onun təyin edilməsi şərtləri və qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s. normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. Heç bir digər hüquqi aktlar və yaxud məhkəmə qərarları cinayət hüquq normalarını təyin edə bilməz.


Ardı →

Cinayətkarın şəxsiyyəti

Cinayətkarın şəxsiyyəti dedikdə fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir.

Ardı →